Gündəm
Təhsil naziri Şamaxı şəhərində vətəndaşları qəbul edib
Mayın 8-də təhsil naziri Mikayıl Cabbarov Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayon sakinlərini qəbul edib. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, qəbuldan əvvəl təhsil naziri Mikayıl Cabbarov və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Heydər Əliyev Mərkəzində ümummilli liderin büstünün önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Bakcell gəncləri “Smart Start” təcrübə proqramına qatılmağa dəvət edir
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti 18-25 yaş arası gənclərə, tələbə və məzunlara “Smart Start” təcrübə proqramına qoşulmağı təklif edir. Tələbə və məzunlar üçün nəzərdə tutulmuş 2 aylıq proqramın məqsədi karyerasında ilk addımlarını atmağa başlayan gəncləri Azərbaycanın ən böyük şirkətlərindən birində iş mühiti ilə tanış etmək, praktiki biliklər təqdim etmək və işə hazırlıq bacarıqlarını inkişaf etdirməkdir.
Müdafiə naziri “İDEF - 2017” sərgisində iştirak edəcək
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyəyə səfər edib. “OLAYLAR”-ın xəbərinə görə, məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. Bildirilib ki, səfərdə məqsəd İstanbul şəhərində keçiriləcək “İDEF - 2017” Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak etməkdir.
İslam həmrəyliyi və vəhdət adlı tədbir keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Masallı rayonu Şərəfə kənd məscidi dini icması tərəfindən “İslam həmrəyliyi və vəhdət” adlı layihə çərçivəsində “İslam həmrəyliyinin Azərbaycan nümunəsi” mövzusunda tədbir keçirilib. “OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşları,Masallı Rayon İcra Hakimiyyəti (RİH) başçısının Şərəfə inzibati ərazi nümayəndəliyinin əməkdaşı Cavid Ziyadzadə, Şərəfə kənd məscidi dini icmasının sədri Sərdar Ağababayev, dini icmanın üzvləri, ağsaqqallar, ziyalılar və gənclər iştirak ediblər. DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov qeyd edib ki, bu gün Azərbaycandakı dövlət-din münasibətləri modeli bütün dünyaya nümunədir. Natiq qeyd edib ki, ölkəmizdə müxtəlif millətlərin və dinlərin nümayəndələri sülh, dostluq və qarşılıqlı anlaşma şəraitində yaşayırlar.
IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ilə bağlı dəmir yolunda hazırlıq işləri görülür
IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi ilə bağlı, çoxsaylı idmançıların və qonaqların ölkəyə gəlişi və gedişi üçün əsas nəqliyyat bağlantıları olaraq Heydər Əliyev Beynəlxalq Aeroportu, Bakı sərnişin stansiyası, avtomobil nəqliyyatı strukturları nəzərdə tutulur.
Ümummilli liderin anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilib
Mayın 8-də Dövlət Gömrük Komitəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan tədbir keçirilib. "Olaylar” xəbər verir ki, mərasim Şuşa şəhərinin işğalı gününə təsadüf etdiyindən əvvəlcə tədbir iştirakçıları Şuşa şəhərinin və Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı canlarından keçən Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
“XXI əsr şagirdinə dərs deməyin üstünlükləri və çətinlikləri”
Akif Çovdarovun məhkəməsi təxirə salındı
Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, həmin idarənin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Sədaqət Vəliyeva: "Azərbaycan dialoq platformasına çevrilib"
“Möhtərəm Prezidentimiz İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində ölkəmiz dünyanın mədəniyyət və mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrilib və xalqımızın çoxəsrlik tolerant və mehriban birgəyaşama mədəniyyəti dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsində və inkişafında nümunə kimi göstərilir”.
Jurnalist Rikardo Markina Montanyananın adı “Arzuolunmaz şəxslər siyahısı”ndan çıxarılıb
Argentina Respublikasındakı Səfirliyimizdən daxil olmuş məlumatda Argentina və Latın Amerikası regionunun KİV-də yazılarla çıxış edən ispan jurnalist Rikardo Markina Montanyana Argentinadakı Səfirliyimizə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılması xahiş etdiyi bildirilir.
İslamiada zamanı hərəkətin məhdudlaşdırılacağı yolların SİYAHISI
Bakı Nəqliyyat Agentliyi və Bakı şəhər Baş Polis İdarəsi IV İslam Həmrəliyi Oyunları zamanı açılış və bağlanma mərasimləri günlərində tətbiq olunan yol hərəkəti qaydalarını açıqlayıb.
183 dövlət əmlakı hərraca çıxarıldı
Əmlak Məsələləri Dövlət Komitəsi 06 iyun 2017-ci il tarixində yeni hərrac keçirəcək. Komitədən “Olaylar”a verilən məlumata görə, hərraca ümumilikdə 183 əmlak çıxarılıb. Bunlardan 21-i səhmdar cəmiyyəti, 63-ü kiçik dövlət müəssisə və obyekti, 95-i istifadəsiz qeyri-yaşayış sahəsi, 4 isə nəqliyyat vasitəsidir. Hərraca çıxarılan səhmdar cəmiyyətləri Sabirabad, Zaqatala, Ağsu, Bərdə, Şirvan, Lənkəran, Salya Tərtər, Daşkəsən və digər rayonlada yerləşir. Bunlar isə əsasən sənaye, nəqliyyat, təmir, quşçuluq, qida və digər sahələrə aiddir. Nizamnamə kapitalı isə 69 min manatla 851 min manat arasında dəyişir.
Azərbaycan dünyaya mütərəqqi bir model, nümunə təqdim edə bilib
Hazırda dünya miqyasında – ayrı-ayrı regionlarda və ölkələrdə dini-etnik müstəvidə qarşıdurmalar müşahidə olunur, xaos və anarxiyanın coğrafiyası daha da genişlənir. Belə olan halda, multikultural dəyərlərin təşviqi daha çox strateji əhəmiyyət kəsb edir. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri yap.org.az saytına Milli Məclis sədrinin müavini Bahar Muradova səsləndirib.
MTN əməkdaşlarının tutduğu şəxs məhkəmə zalından azadlığa buraxılıb
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bir neçə cinayət əməli törətməkdə təqsirləndirilən Rəhman Musayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Masallıda azyaşlının sünnət edilərkən ölməsi faktı üzrə cinayət işi başlayıb
Masallı rayon Prokurorluğu azyaşlının sünnət edilərkən ölməsi faktı ilə bağlı məlumat yayıb. Rayon Prokurorluğundan bildirilib ki, mayın 3-də Masallı rayon Musaküçə kənd sakini, azyaşlı Hüseynov Kənan Abutalıb oğlunun Masallı rayon mərkəzi xəstəxanasında vəfat etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırmalarla müəyyənləşib ki, 2012-ci il təvəllüdlü Kənan Hüseynov yaşadığı evdə əvvəllər cərrah işləmiş, 2016-cı ilin aprel ayından təqaüddə olan həkim Ramiz Sadıqov tərəfindən sünnət olunarkən halı pisləşib, Mərkəzi Rayon Xəstəxanasına aparılmasına baxmayaraq orada vəfat edib.














