Masallıda azyaşlının sünnət edilərkən ölməsi faktı üzrə cinayət işi başlayıb

Masallı rayon Prokurorluğu azyaşlının sünnət edilərkən ölməsi faktı ilə bağlı məlumat yayıb. Rayon Prokurorluğundan bildirilib ki, mayın 3-də Masallı rayon Musaküçə kənd sakini, azyaşlı Hüseynov Kənan Abutalıb oğlunun Masallı rayon mərkəzi xəstəxanasında vəfat etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırmalarla müəyyənləşib ki, 2012-ci il təvəllüdlü Kənan Hüseynov yaşadığı evdə əvvəllər cərrah işləmiş, 2016-cı ilin aprel ayından təqaüddə olan həkim Ramiz Sadıqov tərəfindən sünnət olunarkən halı pisləşib, Mərkəzi Rayon Xəstəxanasına aparılmasına baxmayaraq orada vəfat edib. 

Masallı rayon Prokurorluğu azyaşlının sünnət edilərkən ölməsi faktı ilə bağlı məlumat yayıb. Rayon Prokurorluğundan bildirilib ki, mayın 3-də Masallı rayon Musaküçə kənd sakini, azyaşlı Hüseynov Kənan Abutalıb oğlunun Masallı rayon mərkəzi xəstəxanasında vəfat etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırmalarla müəyyənləşib ki, 2012-ci il təvəllüdlü Kənan Hüseynov yaşadığı evdə əvvəllər cərrah işləmiş, 2016-cı ilin aprel ayından təqaüddə olan həkim Ramiz Sadıqov tərəfindən sünnət olunarkən halı pisləşib, Mərkəzi Rayon Xəstəxanasına aparılmasına baxmayaraq orada vəfat edib. Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. K. Hüseynovun ölümünün səbəblərinin müəyyən edilməsi məqsədi ilə məhkəmə-tibb ekspertizası təyin edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31