MTN əməkdaşlarının tutduğu şəxs məhkəmə zalından azadlığa buraxılıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bir neçə cinayət əməli törətməkdə təqsirləndirilən Rəhman Musayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bir neçə cinayət əməli törətməkdə təqsirləndirilən Rəhman Musayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub. Hökmə əsasən, Rəhman Musayev məhkəmə zalından azadlığa buraxılıb. Ona şərti cəza verilib. İclas qapalı keçirilib, hakim İ. Həsənzadənin göstərişinə əsasən jurnalistlər zala buraxılmayıb.

Qeyd edək ki, Rəhman Musayev Cinayət Məcəlləsinin 271-ci (Kompüter sisteminə qanunsuz daxil olma), 177-ci (oğurluq) və digər maddələrinə əsasən ittiham edilib.  Rəhman Musayev MTN əməkdaşları tərəfindən tutulub. O, xarici vətəndaşların bank hesabından pul oğurlamaqda ittiham edilib.  Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31