Ümummilli liderin anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilib

Mayın 8-də Dövlət Gömrük Komitəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan tədbir keçirilib. "Olaylar” xəbər verir ki, mərasim Şuşa şəhərinin işğalı gününə təsadüf etdiyindən əvvəlcə tədbir iştirakçıları Şuşa şəhərinin və Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı canlarından keçən Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Mayın 8-də Dövlət Gömrük Komitəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan tədbir keçirilib. "Olaylar" xəbər verir ki, mərasim Şuşa şəhərinin işğalı gününə təsadüf etdiyindən əvvəlcə tədbir iştirakçıları Şuşa şəhərinin və Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı canlarından keçən Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev tədbiri giriş sözü ilə açaraq müstəqil Azərbaycan dövlətinin qurulmasında, möhkəmlənməsində və dünyada tanınmasında ümummilli lider Heydər Əliyevin müstəsna rolundan danışıb, ulu öndərin anadan olmasının 94-cü ildönümünün respublikamızda və ölkəmizdən kənarda yüksək səviyyədə qeyd olunduğunu vurğulayıb.Heydər Əliyev ideyalarının əbədi yaşayacağını söyləyən Komitə sədri diqqətə çatdırıb ki, müasir Azərbaycanın inkişafı yalnız və yalnız dahi rəhbərin adı və fəaliyyətilə bağlıdır. Bildirilib ki, bu gün Heydər Əliyevin doğum gününün geniş şəkildə qeyd olunması Azərbaycan xalqının dahi şəxsiyyətin ölkəmiz qarşısında xidmətlərinə verdiyi yüksək qiymətin, onun xatirəsinə hörmət və ehtiramının təzahürüdür. DGK sədri daha sonra bildirib ki, dahi rəhbərin müstəqil Azərbaycana miras qoyduğu dəyərlərdən biri də gömrük xidmətidir. Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması və daha da inkişaf etdirilməsinin əsas istiqamətlərindən birini yüksək səviyyəli gömrük xidmətinin yaradılmasında görürdü. Gömrük işçiləri ilə keçirdiyi görüşlər, gömrük işinin inkişafı üçün həyata keçirdiyi məqsədyönlü tədbirlər bundan sonra da Azərbaycan gömrükçülərinin yaddaşından silinməyəcəkdir. Aydın Əliyev onu da vurğulayıb ki, ulu öndərin ideyaları onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün ölkəmizin apardığı humanist və sülhpərvər siyasət nəinki regionda, eyni zamanda beynəlxalq aləmdə təqdirlə qarşılanır. Daha sonra Azərbaycan Respublikası Prezidentinin 27 yanvar 2017-ci il tarixli sərəncamına əsasən, xidmətdə fərqlənən bir qrup gömrük əməkdaşına fəxri adlar, orden və medallar təqdim olunub.Tədbirin sonunda Heydər Əliyevin ömür yolundan bəhs edən film nümayiş etdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31