“XXI əsr şagirdinə dərs deməyin üstünlükləri  və çətinlikləri”

1996-cı ildə yaradılmış və 20 illik yubileyini qeyd edən Azərbaycan İngilis Dili Müəllimləri Birliyi Avropa Azərbaycan Məktəbinin akt zalında özünün XII Beynəlxalq konfransını keçirib. Müzakirələr "XXI əsr şagirdinə dərs deməyin üstünlükləri  və çətinlikləri" mövzusu ətrafında aparılıb.

Cəmiyyətdən "Olaylar" - a bildirilib ki, konfransda ölkənin əksər şəhər və rayonlarından  160 müəllim, məktəb direktoru, təhsil ekspertləri ilə yanaşı, altı xarici ölkənin tanınmış təhsil mütəxəssisləri də iştirak ediblər. Konfransın təşkilinə Avropa Azərbaycan Məktəbi, ABŞ səfirliyi, Azərbaycan Müəllim İnkişafı Mərkəzi, British Council təşkilatı və Təhsil Nazirliyi təşkilati dəstək göstərib.

Açılış mərasimində ABŞ və Türkiyənin Azərbaycandakı səfirliklərinin, Avropa Azərbaycan Cəmiyyətinin nümayəndələri, British Council təşkilatının, Avropa Azərbaycan Məktəbinin, Azərbaycan Müəllim İnkişafı Mərkəzinin rəhbər işçiləri çıxış ediblər.

Əsas natiqlər olan Türkiyənin təhsil mütəxəssisi doctor Erdem Söylemez "XXI əsr şagirdinin təhsilində müəllimin rolu" mövzusunda, Böyük Britaniyanın ingilis dili mütəxəssisi Les Kirkham  isə "İngilis dilinin tədrisində fənlərarası inteqrasiya fonunda XXI əsr şagirdi"mövzusunda məruzə ediblər..

Bölmə iclaslarında Azərbaycanın müxtəlif regionlarından olan mütəxəssislərlə yanaşı, ABŞ, Böyük Britaniya, Gürcüstan, Yaponiya, Özbəkistan və Türkiyədən olan 27 təhsil mütəxəssisi konfransın əsas mövzusu ətrafında təqdimatlar vermiş, könfrans iştirakçıları maraqlı müzakirələr və fakir mübadiləsi apardılar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31