Gündəm
SABIS SUN beynəlxalq məktəbi beynəlxalq məktəblərarası idman yarışlarına ev sahibliyi edib
“Xəyal adası” müasir yaşayış kompleksində yerləşən SABIS SUN beynəlxalq məktəbi təhsil və idman nazirliyindən olan nümayəndələrinin də iştirak etdiyi Beynəlxalq məktəblərarası idman yarışlarına ev sahibliyi edib. Bu idman yarışları beynəlxalq məktəblərdə təhsil alan şagirdləri bir araya gətirən, sağlam mühitdə idmançı xüsusiyyətləri və komanda şəklində çalışmağı təlqin edən və bu səviyyədə Azərbaycanda təşkil olunan ilk tədbir olub.
Jan-Fransua Mansel: « 8 mayda Şuşanı unutmayaq»
Azərbaycan-Fransa Parlamentlərarası işçi qrupun üzvü, millət vəkili Cavanşir Feyziyevin redaksiyamıza verdiyi məlumata görə, Şuşanın işğalı ərəfəsində Azərbaycanın Dostlari Assosiasiyası Parisdə bir sıra tədbirlər keçrir. Həmin tədbirlər çərçivəsində Assosiasiyanın Prezidenti Jan Fransua Manselin Şuşanın işğalı ilə bağlı məqaləsi də Fransanın aparıcı mətbuat orqanı olan Mond qəzetində dərc olunub. Həmin məqalənin tərcüməsini oxucularımızın diqqətinə çatdırırıq.
“Bu həqiqətləri birlikdə dünyaya daha geniş çatdırmalıyıq”
Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Türkiyə nümayəndə heyətinin bir qrupu üzvü Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı ziyarət edib. Belə ki, Kütləvi Soyqırımı Məzarlığını ziyarət edənlər arasında qardaş ölkə parlamentinin deputatları, bələdiyyə sədrləri və digər rəsmi şəxslər yer alıblar.
Mədəniyyətlərarası dialoq dünyanın gələcəyini xilas etmək üçün yeganə yoldur
Qlobal beynəlxalq münaqişələrin müzakirə edildiyi məkana çevrilən Azərbaycanın paytaxtı Bakı şəhəri IV dəfə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etdi. Dünyanın 123 ölkəsinin təmsil olunduğu Foruma qatılan 1500 iştirakçının 800 nəfəri məhz əcnəbi idi. Forum müddətində 200 məruzəçi çıxış edib, 40 müxtəlif tədbir, o cümlədən sessiya, dəyirmi masa, panel iclaslar təşkil edilib.
Azərbaycan parlamenti siyasi plüralizm məkanına çevrilib
Azərbaycanda siyasi plüralizm ənənələrin foprmalaşmasında ümumilli lider Heydər Əliyevin rolu danılmazdır. Müstəqil Azərbaycanda demokratk prinsiplərin təmin olunmasında əsas vasitələrdən hesab olunan söz, fikir azadlığı, siyasi partiya və vətəndaş cəmiyyətlərinin formalaşması, eləcə də parlamentarizmin inkişafında ulu öndərin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir.
Ermənistan aprel məğlubiyyətinə terror aktları ilə cavab vermək istəyir
Ermənistan öz məkirli planlarını davam etdirməkdədir. Keçən ilin aprel ayında üzləşdiyi acı məğıubiyyətin əvəzini çıxmağa çalışan düşmən bütün mümkün vasitələrdən istifadə etməklə Azərbaycana hansısa formada zərbə vurmağa çalışır. Təsüf hissi ilə qeyd etmək lazımdır ki, Ermənistanın bu məkirli planı və Azərbaycana qarşı təxribat cəhdlərinə daxildəki bəzi ünsürlər də dəstək veir, düşmənlə gizli formada işbirliyi qurur.
Professor Aleksandr Nesterov: “Azərbaycana olan marağım məni bu ölkənin tarixini tədqiq etməyə
IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forum çərçivəsində Azərbaycanda səfərdə olan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Yekaterinburq filialının rəhbəri, Ural Federal Universitetinin professor Aleksandr Nesterov sözügedən qurumun məlumat xidmətinə müsahibə verərək Azərbaycana olan marağı, adıçəkilən Forumla bağlı təəssüratlarını, BBMM-in Yekaterinburq filialının fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb.
Elçin Hüseynbəyli yazır... Əbədi həyat olan yer...
...Danışmışdıq. Danışmışdıq ki, Sabirabada gedək. Onun yanına. Mayın əvvəllərində. Fəslin gözəl vaxtı. Gül-çiçəyin ətrafa səxavətlə ətir payladığı zaman. Amma o özü gəldi. Daha doğrusu, özündən qabaq xəbəri gəldi...
Emin Piridən yeni kitab
Şuşada Azərbaycan bayrağının dalğalanacağı gün uzaq deyil
8 may Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyi gündür. Bu işğal zamanı Şuşa şəhəri və rayonun 30 kəndi dağıdılıb, 195 nəfər dinc sakin həlak olub, 165 nəfər yaralanıb, 58 nəfər itkin düşüb, 24 mindən çox əhali öz doğma torpağından didərgin salınıb.
Regionun taleyini dəyişən görüş
Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Təyyub Ərdoğan arasında ötən həftə baş tutan Soçi görüşü ətrafında müzakirələr, fikir mübadiləsi hələ də davam edir. Baxmayaraq ki, sözügedən görüşün üzərindən tam 5 gün keçib, ancaq hələ də həm Ankarada, həm də Moskvada, elə Bakının özündə də Soçi görüşünün nəticələri, görüşdə əldə edilən müəyyən razılaşmalar və onun mümkün nəticələri, perspektivləri barədə müxtəlif mülahizələr səslənir, ehtimallar irəli sürülür.
Hakimiyyət Olimpinə şərəflə ucalan böyük insan
1969-cu il. İdeoloji cəhətdən iki nəhəng qütbə ayrılmış dunyada sosializm və kapitalizm arasında mübarizə özünün yüksək həddinə çatmışdı. Soyuq müharibə bütün şiddəti ilə vüsət alır, fövqəldövlətlərin qarşıdurması genişlənir. SSRI və ABŞ həm Yer kürəsində, həm də kosmosda üstünlük uğrunda amansız müharibə aparırlar.
İŞİD-in daha bir lideri öldürüldü
Əfqanıstan prezidenti Əşrəf Qani İŞİD-in rəhbərlərindən biri olan Əbdül Xasibanın öldürülməsi haqqında xəbəri təsdiqlədi. Əfqanıstan prezidentinin rəsmi saytında yer alan məlumatlara əsasən, Əbdül Xasiban aprelin 27-də öldürülüb. Əfqanıstan ordusu ABŞ silahlı qüvvələrilə birgə Nanqarxar əyaləti yaxınlığında əməliyyat keçirib. İŞİD-in regional liderlərindən olan Əbdül Xasiban da bu əməliyyatlar zamanı məhv edilib.
“Türkiyənin Avropa İttifaqında yeri olmayacaq, əgər..” - Ankaraya ŞANTAJ
"Ölüm cəzası bərpa olunacağı halda, Türkiyənin Avropa İttifaqında yeri olmayacaq". Bu haqda Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker Almaniyanın “Rheinische Post” qəzetinə açıqlamasında deyib.
Türkiyə üçün qorxunc proses başladı: ABŞ və İngiltərə Ankaraya qarşı
Şimali İraq regional kürd müxtariyyəti müstəqillik üçün referendum hazırlıqlarına başlayıb. Bu haqda muxtariyyətin başçısı Məsud Bərzaninin məsləhətçisi Hemin Havrami deyib. O, mövzunun Məsud Bərzani ilə ABŞ-ın vitse-prezidenti Mayk Pens arasında da müzakirə olunduğunu bildirib. Havrami referendumun Kərkükü də əhatə edəcəyini söyləyib.














