İŞİD-in daha bir lideri öldürüldü
Əfqanıstan prezidenti Əşrəf Qani İŞİD-in rəhbərlərindən biri olan Əbdül Xasibanın öldürülməsi haqqında xəbəri təsdiqlədi. Əfqanıstan prezidentinin rəsmi saytında yer alan məlumatlara əsasən, Əbdül Xasiban aprelin 27-də öldürülüb. Əfqanıstan ordusu ABŞ silahlı qüvvələrilə birgə Nanqarxar əyaləti yaxınlığında əməliyyat keçirib. İŞİD-in regional liderlərindən olan Əbdül Xasiban da bu əməliyyatlar zamanı məhv edilib.
8 May 2017 14:53 DünyaƏfqanıstan prezidenti Əşrəf Qani İŞİD-in rəhbərlərindən biri olan Əbdül Xasibanın öldürülməsi haqqında xəbəri təsdiqlədi. Əfqanıstan prezidentinin rəsmi saytında yer alan məlumatlara əsasən, Əbdül Xasiban aprelin 27-də öldürülüb. Əfqanıstan ordusu ABŞ silahlı qüvvələrilə birgə Nanqarxar əyaləti yaxınlığında əməliyyat keçirib. İŞİD-in regional liderlərindən olan Əbdül Xasiban da bu əməliyyatlar zamanı məhv edilib.
30-dan çox terrorçunun məhv edildiyi reydlərlə bağlı təsdiqini tapmış materiallar NATO-nun tvitter hesabında da yayımlanıb. Publika.az