Ermənistan aprel məğlubiyyətinə terror aktları ilə cavab vermək istəyir

Ermənistan öz məkirli planlarını davam etdirməkdədir. Keçən ilin aprel ayında üzləşdiyi acı məğıubiyyətin əvəzini çıxmağa çalışan düşmən bütün mümkün vasitələrdən istifadə etməklə Azərbaycana hansısa formada zərbə vurmağa çalışır. Təsüf hissi ilə qeyd etmək lazımdır ki, Ermənistanın bu məkirli planı və Azərbaycana qarşı təxribat cəhdlərinə daxildəki bəzi ünsürlər də dəstək veir, düşmənlə gizli formada işbirliyi qurur.

Ermənistan öz məkirli planlarını davam etdirməkdədir. Keçən ilin aprel ayında üzləşdiyi acı məğıubiyyətin əvəzini çıxmağa çalışan düşmən bütün mümkün vasitələrdən istifadə etməklə Azərbaycana hansısa formada zərbə vurmağa çalışır. Təsüf hissi ilə qeyd etmək lazımdır ki, Ermənistanın bu məkirli planı və Azərbaycana qarşı təxribat cəhdlərinə daxildəki bəzi ünsürlər də dəstək veir, düşmənlə gizli formada işbirliyi qurur. Bu günlərdə Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin yaymış olduğu açıqlama bunu bir daha sübut edir. Məlumat üçün qeyd edək ki, sözügedən dövlət qurumları Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsinin planlaşdırıldığı barədə birgə bəyanat yayıb. Bəyanatda deyilir ki, Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsinin planlaşdırıldığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlər nəticəsində müəyyən olunub ki, xalqına, vətəninə və dövlətinə xəyanət yolunu tutan iradəsi zəif, vətəndaşlıq ruhunu və vətəninə bağlılığını itirmiş bir qrup hərbi qulluqçular və digər mülki şəxslər Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüblər. Toplanmış materiallar əsasında dövlətə xəyanət və digər faktlar üzrə 2017-ci il 3 may tarixdə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə cinayət işi başlanaraq, Azərbaycan Respublikası Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılıb və ibtidai istintaq aparılır. Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində düşmənin kəşfiyyat və xüsusi xidmət orqanlarının Bakı şəhərində ictimai yerlərdə həyata keçirməyi planlaşdırdıqları təxribat və terror fəaliyyətinin qarşısı alınıb, məxfi əməkdaşlığa cəlb olunmuş bir qrup hərbi qulluqçu və mülki şəxslər cinayət məsuliyyətinə cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Bəyanatın sonunda qeyd edilir ki, düşmənin ölkəmizdə, o cümlədən Bakı şəhərində və respublikanın digər ərazilərində qəsdən vəziyyəti gərginləşdirməyə yönəlmiş istənilən təxribat və terror fəaliyyətinin qarşısı bundan sonra da qətiyyətlə alınacaq və sarsıdıcı adekvat tədbirlər görüləcək.

Məsələ ilə bağlı fikirlərini bölüşən Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri Məhəmməd Əsədullazadə deyib ki, Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Bakıda və ictimai yerlərdə terraktlar hazırlanması barədə Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili Işlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinin birgə məlumatı, göstərir ki, işğalçı ölkə Azərbaycana qarşı bütün sahələrdə ciddi mübarizə aparır. O, təəssüf hissi ilə qeyd edib ki, ordumuzun bəzi "hərbiçilərinin" bu prosesdə iştirakı Silahlı Qüvvələrdə müəyyən təmizləmə əməliyyatını zəruri edir: "Azərbaycanın Qarabağ münaqişəsində prinsipial mövqeyi və ötən il Aprel döyüşündə Ermənistanın məğlubiyyətə uğraması göstərir ki, Ermənistan rəhbərliyi, Aprel məğlubiyyətini terror aktları ilə cavab vermək istəyir. Qeyd edim ki, Ermənistanın bu terror siyasətində məqsədi, Azərbaycanı işğal olunmuş ərazilərin müharibə variantından çəkindirmək məqsədi daşıyır. Silahlı qüvvələrin hərbi təlimləri, həmçinin Türkiyə-Azərbaycan taktiki təlimləri Ermənistan və onun havadarı Rusiyanı narahat edir. Cənubi Qafqazda Ermənistanın terror və işğalçı siyasəti, regionun ümumi təhlükəsizliyi üçün təhdid yaradır. Ermənistan bununlada Qarabağ danışıqlarında bir daha güzəştə hazır olmadığını göstərir.Və, burada Rusiyanın bütün danışıqlar təşəbbüsü yalnız müharibəni ertələməkdən ibarətdir". Politoloq deyib ki, IV İslam Həmrəyliyi Oyunları ərəfəsində belə bir terraktların törədilməsini planlaşdırmaq, təkcə bu işin arxasında Yerevanın deyil, ona dəstək verən, idarə edən qüvvələrin olduğunu deməyə əsas verir ki, bu da Şimaldandır. Ermənistanın cəbhə xəttində mütəmadi təxribatlarının, Azərbaycan hərbçiləri tərəfindən ciddi şəkildə qarşısı alındığı üçün, rəsmi Yerevan Azərbaycanın digər ərazilərində təxribatlara cəhd niyyətindədir. Proseslər regionda yenidən müharibənin aktivləşə biləcəyi anonsunu verir. Ermənistan bütün cəhdləri ilə sülh və danışıqlar prosesini sabotaj edir".

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31