Gündəm

Çinlə Yaponiya arasında növbəti GƏRGİNLİK: 4 gəmi sərhəddi keçdi

8 May 2017 14:45

Yaponiyanın Dəniz Təhlükəsizliyi xidməti yapon sularına daxil olan Çin gəmiləri barədə məlumat yayıb.  Yaponiya və Çin arasında mübahisəli Senkakun adalarında Çinin sahil mühafizəsinin dörd gəmisi görülüb. Gəmilər sahilə təxminən 20 kilometr məsafəyə qədər yaxınlaşıblar.

Kim gəlir, kim gedir?

8 May 2017 14:43

Azərbaycanda 2016-17 mövsümü başa çatar-çatmaz Premyer Liqa klubları transfer çalışmalarına start veriblər. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, gələn mövsüm elitada iştirakı dəqiq olan 7 komanda hələ ki, daxili "bazar"la kifayətlənir.

İki qadına fərqli günlərdə eyni yerdə təcavüz etdi - Polis "manyak"ı bağışladı

8 May 2017 14:41

Türkiyənin Konya şəhərində 47 yaşlı M.Ş. yolda gedən iki qadına fərqli günlərdə arxadan sarılıb təcavüz etdiyi iddiasıyla nəzarətə alınıb.  Hadisə, 6 may - şənbə günü səhər saatlarında Məram Mahalı Mehmet Vehbi məhəlləsi Dr. Əhməd Özcan prospektində baş verib.

Vaxtından əvvəl becərilən çiyələk zəhərlənməyə səbəb ola bilər

8 May 2017 14:37

Yazın gəlişi ilə əlaqədar mövsümi məhsulların satışına start verilib. Havaların nisbətən mülayimləşməsi bazarlara yeni kənd təsərrüfatı məhsullarının çıxarılmasına səbəb olub. Belə ki, artıq ticarət bazarlarında ciyələk satışının həcminin artması müşahidə olunur. Baxmayaraq ki, hələ çiyələyin yetişməsi üçün xeyli vaxt var, ancaq satış şəbəkələrində bu növ məhsul alıcılara təklif olunur.

Turizm bölgəsində həyacan

8 May 2017 14:36

Türkiyənin Aydın vilayətinin Kuşadası kimi bölgəsində yerli sakinlər həyacanlı anlar yaşayıblar. “Olaylar” “Huriyyet” - ə istinadən bildirir ki, günorta saatlarında bölgədə yeraltı təkan qeydə alınıb. Meydana gələn yeraltə təkan 4,2 bal gücündə olub. Zəlzələ yerin 7,19 km dərinliyində qeydə alınıb. İzmirdə də hiss olunan yeraltı təkan, hər – hansı bir dağıntıya səbəb olmayıb.

Azərbaycan aprel ayı üzrə gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-ə təqdim edib

8 May 2017 14:35

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv olan və kartelə daxil olmayan ölkələrin neft hasilatının azaldılması ilə bağlı Vyana razılaşmasına uyğun olaraq Azərbaycan cari ilin aprel ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatları Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

ŞOK! Daşkənddən Yerevana birbaşa aviareys açıldı

8 May 2017 14:34

Özbəkistandan Ermənistana mövsümi uçuşların həyata keçirilməsinə start verilib.  “Olaylar”ın Özbəkistandakı mənbələrə istinadən verdiyi məlumata görə, bununla əlaqədar Daşkənddən Yerevana birbaşa aviareys açılıb. Uçuşun həftədə 2 dəfə həyata keçirilməsi nəzərdə tutulur.

Azərbaycanda yayımlanan xarici telekanallarda reklamlar qadağan olunur

8 May 2017 14:31

Azərbaycanda yayımlanan xarici ölkələrin telekanallarında reklamların nümayişi qadağan edilir. Buna görə yayımçı məsuliyyət daşıyacaq. Bu, yeni hazırlanmış "Kabel şəbəkəsi yayımı haqqında" qanun layihəsinin 13-cü (Yayımçının hüquq və vəzifələri) maddəsində əks olunub. Maddəyə görə, kabel şəbəkəsi yayımında retranslyasiya olunan telekanallarda xarici reklamların yayımı qadağandır.

Əmək və məşğulluq sahəsində islahatlar gündəliyi BƏT-in mənzil-qərargahında təqdim olunub

8 May 2017 14:29

Azərbaycan Respublikası ilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında uğurla inkişaf edən əməkdaşlıq nəticəsində əldə olunmuş nailiyyətlər, ölkəmizdə əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində aparılan islahatlar üzrə qazanılmış milli təcrübə və BƏT ilə gələcək əməkdaşlıq istiqamətləri ilə bağlı müzakirələrin aparılması məqsədilə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti BƏT-in Cenevrə şəhərində yerləşən mənzil-qərargahında səfərdə olub. Bu barədə nazirlikdən “Olaylar”a verilən məlumata görə,səfərin ilk günündə BƏT-in Baş Direktorunun müavini- Avropa və Orta Asiya üzrə regional direktor Haynts Koller və BƏT-in Məşğulluq siyasəti departamentinin direktoru Azita Berar Avadla görüşlər keçirilib. Keçirilən görüşlərdə Azərbaycanın BƏT-lə sosial dialoq, qanunvericilik bazasının təkmilləşdirilməsi və səriştərlərin inkişafı sahələrini əhatə edən əməkdaşlıq gündəliyi ətraflı müzakirə edilib.

Manatın müəyyən qədər bahalaşması bankların manata inamını bərpa edə bilib

8 May 2017 14:27

2014-cü ilin sonlarından etibarən hər bir ölkə kimi Azərbaycanın maliyyə bazarlarında da qeyri-müəyyənlik davam edir. Milli valyutanın dəyərinin xarici valyutaya, xüsusilə Birləşmiş Ştatlar dollarına nisbətən müntəzəm olaraq dəyişməsi ölkənin maliyyə bazarlarında müəyyən mənada səs-küyə səbəb olur, əsassız ajiotajlar yaranır. Son bir neçə ay ərzində maliyyə bazarlarında müşahidə edilə tendensiya isə müəyyən mənada müsbət proseslərdən xəbər verir. Yəni, görünən odur ki, milli valyuta Amerika dolları qarşısında öz dəyərini getdikcə möhkəmlədir. Heç şübhəsiz ki, bu da iqtisadiyyatda öz müsbət tərəflərini göstərir.

Bill Geytsin gələcəklə bağlı 7 PROQNOZU

8 May 2017 14:25

"Microsoft" şirkətinin qurucusu Bill Geyts bir çox proqnozlarının gerçəyə çevrilməsi ilə də məşhurdur. Məhz o, bir neçə il əvvəl smartfonların və sosial şəbəkələrin populyar olacağını anons etmişdi.

Xaçmazda tapılan kütləvi məzarlıqdan XƏBƏR VAR

8 May 2017 14:23

Xaçmaz rayonunun Muxtadır kəndi yaxınlığında meşəlik ərazidə tapılan kütləvi məzarlığa tarixçi Abdulrəhim Yaqubov baxış keçirib.

Azərbaycanlı alim Seyid Rza Əlizadənin 130 illiyi ilə əlaqədar elmi konfrans keçirilib

8 May 2017 14:20

Daşkənddəki Cahan Dilləri Universitetində Səmərqənddə yaşayan azərbaycanlı alim, görkəmli pedaqoq və tərcüməçi Seyid Rza Əlizadənin 130 illiyi ilə əlaqədar elmi konfrans keçirilib.

Kabel şəbəkələri kimin mülkiyyətinə verilir?

8 May 2017 14:19

Azərbaycanda kabel şəbəkələrinin kimlərin mülkiyyətində ola biləcəyi müəyyənləşib. Kabel şbəkəsinin mülkiyyətçisi yeni hazırlanmış “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsinin 6-cı (Kabel şəbəkəsinin mülkiyyət hüququ) maddəsində təsbit olunur. Qanunun müvafiq maddəsinə görə, Azərbaycan ərazisində kabel şəbəkəsi ölkə ərazisində daimi yaşayan ölkə vətəndaşlarının və nizamnamə kapitalı Azərbaycanda daimi yaşayan ölkə vətəndaşlarına məxsus olan hüquqi şəxslərin, bələdiyyənin mülkiyyətində ola bilər. Sənəddə o da bildirilir ki, yayımçıya qoyulan tələblər “Televiziya və radio yayımı haqqında” qanunla müəyyənləşəcək. Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub və mayın 16-da müzakirəyə çıxarılacaq.