Kabel şəbəkələri kimin mülkiyyətinə verilir?
Azərbaycanda kabel şəbəkələrinin kimlərin mülkiyyətində ola biləcəyi müəyyənləşib. Kabel şbəkəsinin mülkiyyətçisi yeni hazırlanmış “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsinin 6-cı (Kabel şəbəkəsinin mülkiyyət hüququ) maddəsində təsbit olunur. Qanunun müvafiq maddəsinə görə, Azərbaycan ərazisində kabel şəbəkəsi ölkə ərazisində daimi yaşayan ölkə vətəndaşlarının və nizamnamə kapitalı Azərbaycanda daimi yaşayan ölkə vətəndaşlarına məxsus olan hüquqi şəxslərin, bələdiyyənin mülkiyyətində ola bilər. Sənəddə o da bildirilir ki, yayımçıya qoyulan tələblər “Televiziya və radio yayımı haqqında” qanunla müəyyənləşəcək. Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub və mayın 16-da müzakirəyə çıxarılacaq.
8 May 2017 14:19 SosialAzərbaycanda kabel şəbəkələrinin kimlərin mülkiyyətində ola biləcəyi müəyyənləşib. Kabel şbəkəsinin mülkiyyətçisi yeni hazırlanmış "Kabel şəbəkəsi yayımı haqqında" qanun layihəsinin 6-cı (Kabel şəbəkəsinin mülkiyyət hüququ) maddəsində təsbit olunur. Qanunun müvafiq maddəsinə görə, Azərbaycan ərazisində kabel şəbəkəsi ölkə ərazisində daimi yaşayan ölkə vətəndaşlarının və nizamnamə kapitalı Azərbaycanda daimi yaşayan ölkə vətəndaşlarına məxsus olan hüquqi şəxslərin, bələdiyyənin mülkiyyətində ola bilər. Sənəddə o da bildirilir ki, yayımçıya qoyulan tələblər "Televiziya və radio yayımı haqqında" qanunla müəyyənləşəcək. Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub və mayın 16-da müzakirəyə çıxarılacaq.