ŞOK! Daşkənddən Yerevana birbaşa aviareys açıldı

Özbəkistandan Ermənistana mövsümi uçuşların həyata keçirilməsinə start verilib.  “Olaylar”ın Özbəkistandakı mənbələrə istinadən verdiyi məlumata görə, bununla əlaqədar Daşkənddən Yerevana birbaşa aviareys açılıb. Uçuşun həftədə 2 dəfə həyata keçirilməsi nəzərdə tutulur.

Diplomatik əlaqələr olmaya-olmaya

Özbəkistandan Ermənistana mövsümi uçuşların həyata keçirilməsinə start verilib.  "Olaylar"ın Özbəkistandakı mənbələrə istinadən verdiyi məlumata görə, bununla əlaqədar Daşkənddən Yerevana birbaşa aviareys açılıb. Uçuşun həftədə 2 dəfə həyata keçirilməsi nəzərdə tutulur. Qarşılıqlı səfərlərin intensivliyini təmin etmək məqsədilə may ayının 15-nə qədər uçuş biletinin qiymətində güzəştlər tətbiq edilir. Bununla bağlı paytaxt Daşkənddə açıq reklamlar yerləşdirilib. Uçuşun hansı aviaşirkət tərəfindən həyata keçirildiyi isə məxfi saxlanır. Buna səbəb kimi rəsmi Özbəkistanla Ermənistan arasında diplomatik əlaqələrin olmaması göstərilir.

Xatırladaq ki, Özbəkistan və Ermənistan arasında diplomatik əlaqələrin olmaması səbəbindən indiyə qədər bu iki dövlətdən heç biri digərində diplomatik nümayəndəliyini açmayıb. Çünki, sözügedən ölkələr arasında ikitərəfli münasibətlər olduqca aşağı səviyyədədir. Hansı ki, Özbəkistanda yaşayan ermənilərin sayı kifayət qədər çoxluq təşkil edir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31