Xaçmazda tapılan kütləvi məzarlıqdan XƏBƏR VAR
Xaçmaz rayonunun Muxtadır kəndi yaxınlığında meşəlik ərazidə tapılan kütləvi məzarlığa tarixçi Abdulrəhim Yaqubov baxış keçirib.
8 May 2017 14:23 SosialXaçmaz rayonunun Muxtadır kəndi yaxınlığında meşəlik ərazidə tapılan kütləvi məzarlığa tarixçi Abdulrəhim Yaqubov baxış keçirib. O, bildirib ki, ərazidə mütləq arxeoloji qazıntı aparılmalıdır: "Torpağın altında sümüklərin bir hissəsi görünür. Burada yüzlərlə insan sümüyü aşkarlana bilər. Yəqin ki, qumun altında insan skeletləri qalmaqdadır. Ehtimal edilir ki, burada insan qalıqları 1918-ci ildə erməni təcavüzünə məruz qalan dinc sakinlərə aiddir. Əlbəttə, bu ehtimalları dəqiqləşdirmək üçün arxeoloji ekspedisiya araşdırma aparmalıdır". Report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31