Əmək və məşğulluq sahəsində islahatlar gündəliyi BƏT-in mənzil-qərargahında təqdim olunub
Azərbaycan Respublikası ilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında uğurla inkişaf edən əməkdaşlıq nəticəsində əldə olunmuş nailiyyətlər, ölkəmizdə əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində aparılan islahatlar üzrə qazanılmış milli təcrübə və BƏT ilə gələcək əməkdaşlıq istiqamətləri ilə bağlı müzakirələrin aparılması məqsədilə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti BƏT-in Cenevrə şəhərində yerləşən mənzil-qərargahında səfərdə olub. Bu barədə nazirlikdən “Olaylar”a verilən məlumata görə,səfərin ilk günündə BƏT-in Baş Direktorunun müavini- Avropa və Orta Asiya üzrə regional direktor Haynts Koller və BƏT-in Məşğulluq siyasəti departamentinin direktoru Azita Berar Avadla görüşlər keçirilib. Keçirilən görüşlərdə Azərbaycanın BƏT-lə sosial dialoq, qanunvericilik bazasının təkmilləşdirilməsi və səriştərlərin inkişafı sahələrini əhatə edən əməkdaşlıq gündəliyi ətraflı müzakirə edilib.
8 May 2017 14:29 SosialAzərbaycan Respublikası ilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında uğurla inkişaf edən əməkdaşlıq nəticəsində əldə olunmuş nailiyyətlər, ölkəmizdə əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində aparılan islahatlar üzrə qazanılmış milli təcrübə və BƏT ilə gələcək əməkdaşlıq istiqamətləri ilə bağlı müzakirələrin aparılması məqsədilə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti BƏT-in Cenevrə şəhərində yerləşən mənzil-qərargahında səfərdə olub. Bu barədə nazirlikdən "Olaylar"a verilən məlumata görə,səfərin ilk günündə BƏT-in Baş Direktorunun müavini- Avropa və Orta Asiya üzrə regional direktor Haynts Koller və BƏT-in Məşğulluq siyasəti departamentinin direktoru Azita Berar Avadla görüşlər keçirilib. Keçirilən görüşlərdə Azərbaycanın BƏT-lə sosial dialoq, qanunvericilik bazasının təkmilləşdirilməsi və səriştərlərin inkişafı sahələrini əhatə edən əməkdaşlıq gündəliyi ətraflı müzakirə edilib. Azərbaycan tərəfi, xüsusilə əhalinin məşğulluğunun təmin olunması sahəsində görülən işlər, o cümlədən Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə həyata keçirilən özünüməşğulluq proqramının icrası ilə bağlı məlumat verib. Ölkəmizin özünüməşğulluq proqramı və Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın yaradılması sahəsindəki təcrübəsinin BƏT tərəfindən "müsbət təcrübələr" kimi tanınmasından və digər ölkələrə tövsiyə edilməsindən məmnunluq ifadə olunub.