Multikulturalizm Mərkəzində Ümumilli liderin xatirəsinə həsr edilmiş təqdimat

Mayın 8-də Multikulturalizm Mərkəzinin və Bilik Fondunun birgə təşkilatçılığı ilə Ümumilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə Rusiya Təbiətşünaslıq Elmləri Akademiyasının akademiki, Rusiya Federasiyası Qloballaşma və Dayanıqlı İnkişaf İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru Nizami Məmmədovun   "Qloballaşma, dayanıqlı inkişaf və müxtəlifmədəniyyətlilik" mövzusunda mühazirə-təqdimatı olub.

Mərkəzədən "Olaylar" - a bildirilib ki, BBMM-in icraçı direktoru Azad Məmmədov qonaqları salamlayaraq, Azərbaycanın dayanıqlı inkişafında Ulu Öndər Heydər Əliyevin əvəzsiz rolundan söz açıb.

Fəlsəfə elmləri doktoru Nizami Məmmədov mühazirəsində qloballaşma dövrünün spesifikası, dayanıqlı inkişafın prinsiplərini xatırladaraq Azərbaycanın müasir dövrdə keçdiyi tərəqqi yolundan danışıb. Ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideyasının mühüm cəhətlərindən biri olan multikulturalizm və tolerantlıq ənənələri Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, dövlətşiliyimizin qüdrətlənməsində və sosial-iqtisadi inkişafın təminində əsas rol oynadığını vurğulayıb.

Tədbirdə AMEA Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə, AMEA Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu, Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev, professor İmamverdi Həmidov, AMEA-nın Elm Tarixi İnstitutunun elmi katibi Zaur Əliyev və digərləri çıxış edərək dünyada sülhün və əmin -amanlığın təmin edilməsində, xalqlar arasında dialoqun və etimadın  möhkəmləndirilməsində müxtəlif mədəniyyətlər arasında əməkdaşlığın vacibliyini vurğulayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31