Gündəm
Boks üzrə Azərbaycan millisi İslamiadanın ən güclüsü oldu
Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında boksçuların mübarizəsi başa çatıb. 7 gün davam edən yarışın ən yaxşısı adını Azərbaycan millisi qazanıb. Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, 10 çəki dərəcəsində qüvvəsini sınayan kişi boksçuların yarışında yığmamız 7 medala sahib olub. Hesabına 3 qızıl, 3 gümüş və 1 bürünc mükafat yazan komandamız bu göstəricidə hamını qabaqlayıb.
Beynəlxalq ekspert ÜAK-ın ləğvinə münasibət bildirdi
“Bu gün Azərbaycan və Rusiyanı nəinki ikitərəfli xarici münasibət maraqları bağlayır, eləcə də tarixi əlaqələri hər zaman güclü olub. Bu, Rusiya-Azərbaycan qonşuluğunu konteksə edir”. Bunu beynəlxalq ekspert Tamerlan Vahabov deyib.
Türkiyə səfiri: "Azərbaycan İslam Həmrəyliyi oyunlarını çox gözəl təşkil edib"
"Azərbaycan IV İslam Həmrəyliyi oyunlarını çox gözəl təşkil edib". Bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. O, bu münasibətlə Azərbaycana təbriklərini çatdırıb.
Yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq
Mayın 20-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Lakin gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub küləyi axşam arabir güclənən mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Parisdə AR 99 cu ildönümünə həsr edilmiş foto sərgi keçirilib
Parisdə Azərbaycan Respublikasının 99-cu ildönümünə həsr olunmuş “Azərbaycana səyahət” adlı foto sərgi açılıb. 2 may 2017-ci il Parisdə Azərbaycan Dostları Assosiasiyası və Paris Azərbaycan Evi təskilatçılığı ilə “Azərbaycana səyahət” adlı foto sərginin vernissajı keçirilmişdir. Sərgi Şərq və Türkdilli dövlətlərin arasında ilk respublika olan Azərbaycan Demokratik Respublikasının 99-cu müstəqillik ildönümü münasibətilə təşkil olunmuşdur. Vernissajı Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Paris Azerbaycan Evinin sedri Mirvari Fətəliyeva acaraq qonaqlara sərginin məqsədi barədə məlumat vermiş, fotoların muəlliflərini təqdim etmişdir.
"Sözcü" qəzetinin rəhbərləri həbs edildi
Türkiyədə müxalif mövqeli "Sözcü" qəzetinin rəhbərliyinə daxil olan 4 nəfərə qarşı polis əməliyyatı keçirilir. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, qəzetin sahibi Burak Akbay, internet saytının məsul direktoru Mediha Olqun, maliyyə işləri üzrə müdiri Yonca Kaleli və müxbiri Gökmən Ulu haqqında İstanbul Baş Prokurorluğu tərəfindən "Fətullahçı Terror Təşkilatı"na üzvlük ittihamı ilə həbs qərarı verildiyi bildirilir. Bu şəxslərin evlərində və iş yerlərində axtarış aparılır.
Ölkədə kimlərə sosial xidmət göstərilir?
Milli Məclisdə “Sosial xidmət haqqında” qanunun icrası ilə bağlı yaranan problemlərin aradan qaldırılmasına hədəflənmiş ictimai müzakirə keçirilib. Müzakirələrin yekunu olaraq qərara alınıb ki, sözügedənsahədə yaranan problem qanunvericilkdə dəyişiklik zərurəti yaradıb. Maraqlıdır, sosial xidmət sahəsində hansı problemlər movcuddur və onların aradan qaldırlılması yolları hansılardır?
AMEA Səlcuq Universiteti ilə əməkdaşlıq edəcək
Azərbaycan Milli Elmlər Akademiyası Türkiyənin Səlcuq Universiteti (SU) ilə Mövlanə Mübadilə Proqramı çərçivəsində elm və təhsil sahəsində əməkdaşlıq edəcək. Akademiyadan “Olaylar2 – a bildirlib ki, bu məqsədlə AMEA-nın Rəyasət Heyətində təşkil olunan görüşdə tərəflər arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Qoca oliqarxdan aktrisaya BİABIRÇI TƏKLİF: "Sevgilim ol, sənə "Porşe",Torqovıda ev alım"
Özü demişkən, dəli-dolu qızdır. Çərçivələrə sığmır. Ürəyindən keçənləri olduğu kimi söyləməyə cəsarəti çatır. Azadlığını sevən, sərbəstliyini heç nəyə dəyişməyən, şirinliyi ilə hər kəsin diqqətini üzərinə çəkən yaraşıqlı aktrisa Zarinadan danışırıq.
ADMİU tələbəsinin məqaləsi Türkiyədə
Seyran Səxavət kimləri oxuyur?
ÜAK-ın ləğvi həm də Rusiyanın dövlət maraqlarına vurulan zərbədir
Rusiya-Azərbaycan münasibətləri ehtiva etdiyi sahələrə görə çoxşaxəli olmaqla yanaşı, regional miqyaslı, qlobal xarakterli əlaqələr sistemi kimi səciyyələndirilir.Mövcud əlaqələr b ütün sahələrdə əməkdaşlıq münasibətləri davamlı və nizamlı surətdə inkişaf etməkdə və yeni keyfiyyət çalarları əldə etməkdədir.
“Moskva ÜAK-ın ləğvi ilə bağlı qərarından vaz keçməlidir”
Azərbaycan müstəqillik əldə etdikdən sonra beynəlxalq və regional təhlükəsizliyin təmin olunmasında, xüsusın bölgədə əməkdaşlığın inkişafında mühüm rol oynayır. Bu kontekstdə həm region dövlətləri, həm də regiondankənar ölkələrlə səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri uğurla davam etdirilir.
İranda qədim tariximizə aid ana dilimizdə ilk əsər
Uşaqlıq və yeniyetməlik çağlarımın oylağı qədim Gəncədə iki ata yurdumuz qalıb. Birincisi özündə həyatımın ilk altı, digəri on iki ilinin xatirələrini yaşadır. Kövrək dünyamın hər iki mərhələsi ilə üzbəüz qalanda nədənsə sayca azı ilə söhbətləşməyi üstün tuturam. Hərçənd o 12 ildən də danışmaqla qurtarmaz.
Vətəndaş özünü müflis elan edə bilərmi?
Hüquqi şəxslərin, şirkətlərin özünü müflis elan edə bilməsindən hamı xəbərdardır. Əmlakı borcundan azdırsa, özünü məhkəmə qaydasında müflis elan edir. Həmin şirkətin borcu olduğu kreditorlar isə əlacsız qalır. O cümlədən banklar da əmanətləri və digər borclarını qaytara bilməyəndə belə edir.













