ADMİU tələbəsinin məqaləsi Türkiyədə

Mədəniyyət və İncəsənət Universitetinin Teatr sənəti fakültəsinin Rejissor sənətinin tarixi və nəzəriyyəsi ixtisasında təhsil alan II kurs magistr tələbəsi Sürayyə Əzizovanın "Səhnədəki ömür" adlı elmi məqaləsi Türkiyə Cumhuriyyətinin "Töre" (Fikir, sənət və ədəbiyyatta) adlı sənət jurnalında işıq üzü görüb.

Universitetdən "Olaylar" - a bildirilib ki, məqalədə milli teatrımızın ilk peşəkar aktyoru, rejissor, teatrşünas, realist aktyor məktəbinin banisi Cahangir Zeynalovun (Cahangir Məşədi Rza oğlu Zeynalov) həyat və yaradıcılığı, o cümlədən teatrımıza verdiyi töhvələr və nəsil şəcərəsi yer alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31