AMEA Səlcuq Universiteti ilə əməkdaşlıq edəcək
Azərbaycan Milli Elmlər Akademiyası Türkiyənin Səlcuq Universiteti (SU) ilə Mövlanə Mübadilə Proqramı çərçivəsində elm və təhsil sahəsində əməkdaşlıq edəcək. Akademiyadan “Olaylar2 – a bildirlib ki, bu məqsədlə AMEA-nın Rəyasət Heyətində təşkil olunan görüşdə tərəflər arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
19 May 2017 12:52 SosialAzərbaycan Milli Elmlər Akademiyası Türkiyənin Səlcuq Universiteti (SU) ilə Mövlanə Mübadilə Proqramı çərçivəsində elm və təhsil sahəsində əməkdaşlıq edəcək. Akademiyadan "Olaylar2 - a bildirlib ki, bu məqsədlə AMEA-nın Rəyasət Heyətində təşkil olunan görüşdə tərəflər arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Görüşdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə anlaşma memorandumunun iki qurum arasındakı əlaqələrin qurulması və davamlı inkişafı, həmçinin elm və təhsilin inteqrasiyası baxımından əhəmiyyətli olduğunu qeyd edib.
Səlcuq Universitetinin rektoru, professor Mustafa Şahin isə öz növbəsində səmimi qəbula görə məmnunluğunu bildirib. Rektor rəhbərlik etdiyi ali məktəbin yaranma tarixi, fəaliyyət istiqamətləri, həyata keçirdiyi beynəlxalq proqram və layihələr barədə ətraflı məlumat verib. Görüşdə qeyd edilib ki, AMEA-nın elmi müəssisələri ilə universitet arasında kadr və təcrübə mübadiləsinin aparılması əlaqələrin genişləndirilməsi ilə yanaşı, təhsil və elmin inkişafına da mühüm töhfələr verəcək.
Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Rəyasət Heyəti aparatının Beynəlxalq Əlaqələr İdarəsinin rəis müavini Zərifə Əliyeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov və SU-nun professoru Alattin Aköz də iştirak ediblər.