Beynəlxalq ekspert ÜAK-ın ləğvinə münasibət bildirdi

“Bu gün Azərbaycan və Rusiyanı nəinki ikitərəfli xarici münasibət maraqları bağlayır, eləcə də tarixi əlaqələri hər zaman güclü olub. Bu, Rusiya-Azərbaycan qonşuluğunu konteksə edir”. Bunu  beynəlxalq ekspert Tamerlan Vahabov deyib.

"Bu gün Azərbaycan və Rusiyanı nəinki ikitərəfli xarici münasibət maraqları bağlayır, eləcə də tarixi əlaqələri hər zaman güclü olub. Bu, Rusiya-Azərbaycan qonşuluğunu konteksə edir". Bunu  beynəlxalq ekspert Tamerlan Vahabov deyib. Onun sözlərinə görə, iki ölkənin ərazisində həm azərbaycanlı, həm də Rusiya vətəndaşları var: "İki ölkə arasında mədəni, siyasi dialoqun güclənməsində bunun rolu böyükdür. Ona görə də Rusiya-Azərbaycan münasibətləri heç bir halda uzaq disdans bir münasibətlər kimi qeyd oluna bilməz. Digər bir məsələ isə Azərbaycan və Rusiyanı bir sıra ikitərəfli, eyni zamanda digər münasibətlər bağlayır. Bu Müstəqil Dövlətlər Birliyidir. Ona görə də bu sahədə hər iki ölkənin münasibətləri çox yüksək səviyyədədir.

Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğv olunmasına gəlincə, hesab edirəm ki, məsələnin çox qabardılmasına ehtiyac yoxdur. Bu Rusiyanın daxili işidir. Bunu hansısa istiqamətlərə yozmaq düzgün olmazdı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31