“Moskva ÜAK-ın ləğvi ilə bağlı qərarından vaz keçməlidir”
Azərbaycan müstəqillik əldə etdikdən sonra beynəlxalq və regional təhlükəsizliyin təmin olunmasında, xüsusın bölgədə əməkdaşlığın inkişafında mühüm rol oynayır. Bu kontekstdə həm region dövlətləri, həm də regiondankənar ölkələrlə səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri uğurla davam etdirilir.
19 May 2017 12:43 SiyasətQənirə Paşayeva: "Əks halda bu qərar Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsir göstərəcək"
Azərbaycan müstəqillik əldə etdikdən sonra beynəlxalq və regional təhlükəsizliyin təmin olunmasında, xüsusın bölgədə əməkdaşlığın inkişafında mühüm rol oynayır. Bu kontekstdə həm region dövlətləri, həm də regiondankənar ölkələrlə səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri uğurla davam etdirilir. Azərbaycan Respublikasının sıx əməkdaşlıq əlaqələrinə malik olduğu ölkələrdən biri də Rusiya Federasiyasıdır. Ümumiyyətlə, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasındakı çoxşaxəli münasibətlər və sıx təmaslar müasir beynəlxalq münasibətlər sisteminin mühüm komponentlərindən birini təşkil edir. Dərin təməllərə və tarixi köklərə söykənən, ikitərəfli və çoxşaxəli qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri dinamik xarakter daşıyır. Bütövlükdə, hər iki ölkəni bir-birinə bağlayan strateji əsaslar xalqlararası dərin inteqrasiya, eyni zamanda, milli maraqların qarşılıqlı faydalı əməkdaşlıq əsasında uzlaşdırılmasıdır. Lakin Rusiyadakı bəzi antiAzərbaycan dairələr, xüsusən erməni diasporasının təsiri altında olan qüvvələr ölkəmizə qarşı təxribat xarakterli addımlar atmaqda davam edirlər. Belə addımlardan növbətisi Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK ) qeydiyyatının ləğvidir ki, bununla Azərbaycanı gözü götürməyən qüvvələr iki ölkə arasındakı xoş münasibətlərə ləkə gətirməyə çalışırlar.

Millət vəkili Qənirə Paşayeva bildirib ki, Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi ədalətsiz bir yanaşmadır və kəskin qınanılmalıdır: "Bu qərar eyni zamanda Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsir göstərəcək bir hadisədir. Rusiya Ədliyyə Nazirliyinin məsələyə yanaşması onu gösətrir ki, bu qurum vəziyyətin yaxşılaşması üçün deyil konkret təşkilatın bağlanılması üçün çalışıb. Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyanın 60 illik yubileyi ilə əlaqədar böyük tədbir keçirən Moskva bu ölkədə yaşayan azərbaycanlılara və Azərbaycana gəlincə bu cür münasibət göstərirsə, bu, artıq Rusiyadan bir daha ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi heç bir zaman ədalətli mövqe gözləməyin mümkünsüz olduğunu bir daha ortaya qoydu". Millət vəkili bildirib ki, Rusiya çoxmillətli bir dövlətdir və orada yaşayan xalqların da birləşdiyi qurumlar var. ÜAK-ın ləğvi Rusiyada hansısa bir xalqın diaspor təşkilatının bağlanılması ilə nəticələnən ilk addımdır və orada yaşayan azərbaycanlıları da ciddi şəkildə narahat edən bir hadisədir: "Bu addımı atanlar Azərbaycana və ya azərbaycanlılara hansısa maraqlar üçün təzyiq etdiyini düşünə bilər, amma bəlkə də Azərbaycan və azərbaycanlılar da bu qərarın nə qədər hiddət doğurduğunun fərqində belə deyililər. Çünki bütün azərbaycanlılar bu qərarın siyasi bir addım olduğunu anlayır və əgər belə deyilsə Moskva bu qərardan vaz keçməlidir. Ümid edirəm ki, Rusiya tərəfi bu məsələləri ətraflı araşdıracaq və ÜAK-ın ləğvi ilə bağlı qərarını dəyişəcək". Bu məsələdə erməni faktorunun təsirinə gəlincə, millət vəkili bildirib ki, təbii ki, belə bir təsir var. Çünki onlar hər zaman Azərbaycan və azərbaycanlılar əlehinə aktiv fəaliyyət göstərir və Moskvanın rəsmi dairələrində olan antiazərbaycan qüvvələri ilə ciddi işbirliyi qurublar. Amma burada söhbət daha da ciddi bir məsələdn gedir. Onun sözlərinə görə, Rusiyanın ÜAK-ı ləğv etməsi ciddi narahatçılıq, hiddət və təssüf doğurur və Azərbaycan-Rusiya münasibətlərinə sadəcə mənfi təsir edəcək: "Ümid edirik ki, Rusiyada bunu anlayacaq sağlam qüvvələr fəallaşacaqlar və bu qərarın ləğvi üçün addımlar atılacaq. Əks halda bu qərar daha ciddi mətləblərdən xəbər verəcək. Azərbaycan xalqı isə hər şeyin fərqindədir və bu yolla heç bir təzyiqi qəbul etməyəcək". Q.Paşayeva əlavə edib ki, Rusiya tərəfindən belə bir addımın atılması gözlənilən idi: "Şəxsən mən hər zaman onlardan bu cür addımların atılmasını gözləyirəm. Çünki Rusiya əksər hallarda bu ölkədə yaşayan azərbaycanlılara və Azərbaycana münasibətdə ədalətli mövqe sərgiləmir. Ümid edirəm ki, bu ölkədə yaşayan azərbaycanlılar Ali Məhkəmənin bu qərarının ədalətsiz olması ilə bağlı daha yuxarı məhkəmə instansiyalarına və Rusiya rəsmilərinə müraciətlərini davam etdirəcək və bu qərarın ləğvi üçün müraciət edəcəklər. Daha doğrusu bu ölkədə yaşayan tanınmış azərbaycanlılar fəallıqlarını daha da artıracaqlar".
Alim