Gündəm

Hindistanda körpünün uçması nəticəsində iki nəfər ölüb, 30 nəfər itkin düşüb

19 May 2017 13:57

Hindistanda piyada körpüsünün uçması nəticəsində iki nəfər ölüb, 30 nəfər itkin düşüb. Hadisə Cənubi Qoada baş verib. Hazırda axtarış-xilasetmə işləri aparılır. Polisin məlumatına görə, körpünün uçması nəticəsində suya düşən insanların bir hissəsi xilas ola bilib. 

Sumqayıtın “Şərq bazarı” sökülür

19 May 2017 13:54

Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən “Şərq bazarı”nda 66 sahibkara məxsus dükan  mayın 19-unda səhər tezdən sökülməyə başlayıb. Bu barədə “Olaylar”a məlumat verən dükan sahibləri bildiriblər ki, bu vaxtacan, tam hasarlandığına görə  işlədilməyən 6 dükan texnika ilə  artıq sökülüb: “Sahibkarlar bütün məhkəmə instansiyalarını udsalar da, əksəriyyətinin əlində Əmlak Məsələləri Dövlət Komitəsindən və digər  dövlət orqanlarından  verilən, qanuni sənədlər olsa da Sumqayıt şəhər icra hakimiyyəti mülkiyyət hüququnun toxunulmazlığına məhəl qoymadan, söküntü ilə bağlı heç bir məhkəmə sənədi olmadan qanunsuz olaraq dükanları sökür.

"Ermәnilәrin Azәrbaycan torpaqlarında törәtdiklәri vәhşiliklәr  tarixi faktlarla"

19 May 2017 13:53

Bu günlәrdә Qazaxıstanın Türküstan şәhәrindә TÜRKSOYun xәtti ilə türkdilli ölkәlәrin kitabxana rәhbәrlәri vә yazarlarının konfransı keçirilib. Konfransda Bişkek şәhәri mәrkәzlәşdirilmiş kitabxanalar sisteminin direktoru Qulsayra Dandıbayeva da iştirak edib.

6-cı  Muğam Televiziya Müsabiqəsinin növbəti dinləmələr həftəsi başa çatdı

19 May 2017 13:50

Heydər Əliyev Fondunun dəstəyi ilə, Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında Mədəniyyət və Turizm Nazirlıiyinin yaxından iştirakı Azərbaycan Televiziya təşkilatçılığı ilə 6 – cı Muğam Televiziya Müsabiqəsinin növbəti dinləmələr həftəsi Beynəlxalq Muğam Mərkəzində keçirildi. Dinləmələrin növbəti həftəsində Məhəmməd Hüseyn Şəhriyarın qəzəllərinə müraciət edildi. Mərkəzdən "Olaylar" - a bildirlib ki, münsiflər heyyətinin üzvləri Respublikanın Xalq artistləri Əlibaba Məmmədov,Arif Babayev,Səkinə İsmayılova, Mənsum İbrahimov, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov, Muğam Televiziya müsabiqəsinin iştirakçısı Əməkdar incəsənət xadimi Nadir Axundov  iştirakcıların çıxışlarını 10 ballıq sistemə əsasən qiymətləndirdilər.

Ermənilər "silahı" Sarkisyana tuşladı: biabırçı vəziyyət və öldürülən 11 düşmən əsgəri

19 May 2017 13:46

Ermənistan prezidenti Serj Sarkisyanın orduya yeni əsgərlərin çağırılması ilə bağlı imzaladığı fərman erməni cəmiyyətində narazılıq yaradıb. Erməni hüquq müdafiəçisi Ruben Martirosyan Sarkisyanın cavab verməli olduğunu deyib: “Əgər Serj Sarkisyan çğaırış haqda fərman imzalayırsa, paralel olaraq itkilər haqda cavab verməlidir. Çünki aprelin 20-dən mayın 14-nə qədər orduda 11 əsgər ölüb.

İranın vitse-prezidenti: “Qutudan kimin adı çıxarsa, ona hörmətlə yanaşmalıyıq”

19 May 2017 13:43

Seçki qutusundan kimin adı çıxarsa, ona hörmətlə yanaşmalıyıq. Bunu İran prezidentinin birinci müavini İshaq Cahangiri deyib. İ.Cahangiri bu gün Daxili İşlər Nazirliyində yaradılmış Seçki Qərargahında jurnalistlərin suallarını cavablandırıb. O bildirib ki, bu gün İran xalqı üçün  tarixi və həlledici bir gündür. İ. Cahangiri əhalinin aktivliyinin çox yüksək olduğunu söyləyib: "Düşünürəm bu gün keçirilən seçkilər əhalinin iştirak səviyyəsinə görə ən önəmli və tarixi bir seçki olacaq. İran xalqı bilir ki, regionun indiki şəraitində onların seçkidə geniş iştirakı həlledicidir".

Emil Əzizin “Blooming” – in sərgisi

19 May 2017 13:40

Mayın 20 – də Türkiyədə fəaliyyət göstərən rəssam Emil Əzizin Bakıda “Blooming” adlı fərdi sərgisi açılacaq. “Art BAHAR”  festivalı çərçivəsində Port Baku Mall Qalereyasında təşkil olunacaq sərgidə rəssamın yeni əsərlər kolleksiyası təqdim olunacaq. "Blooming" ekspazisiyasının əsas ideyası - çiçəklənmə, təbiətin rennessansı, parlaq ləkələrlə ifadə olunmuş anlar üstünlük təşkil edir. Sərgi mayın 31 – dək davam edəcək.

Ağarəfi Rəhimovun xatirəsi anılacaq

19 May 2017 13:36

 Mayın 21 – də özünəməxsus ifa tərzi və koloritli yumor hissi ilə tamaşaçıların yaddaşında iz qoyan Musiqili Teatrının aktyoru Ağarəfi Rəhimovun 65 yaşı tamam olur. Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a  bildirib ki, bu münasibətlə teatrda mərhum aktyorun xatirəsi anılacaq. “Ağarəfi RəhimovAzərbaycan teatr sənətində məxsusi yeri, çəkisi olan aktyorlardan biri olub. Onun özünəməxsus ifa tərzini. Ağarəfi Rəhimov uzun müddət Azərbaycan Dövlət Musiqili Teatrında çalışıb, bir-birindən maraqlı obrazlara səhnə həyatı verib. Onun işıqlı xatirəsi qəlbimizdə daim yaşayacaq. ”, - deyə Dövlət Musiqili Teatrının Truppa müdiri, əməkdar mədəniyyət işçisi Vidadi Həsənov bildirib.

Prokuror Vidadi Zeynalov və digərlərinə cəza istəyib

19 May 2017 13:36

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə davam etdirilib. Hakim Əfqan Hacıyev sədrliyi keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub. 

Azərbaycan musiqi ictimaiyyətinə böyük itki

19 May 2017 13:34

Azərbaycan bəstəkarlıq məktəbinin tanınmış nümayəndələrindən biri, təcrübəli pedaqoq, gözəl və nəcib insan Ədviyyə Rəhmətova mayın 18-də 73 yaşında vəfat edib. İttifaqdan “Olaylar” – a bildirlib ki, Ədviyyə Rəhmətova 1944-cü il martın 30-da Bakıda dünyaya göz açıb. Müstəqil yaradıcılıq yoluna qədəm qoyan bəstəkar müxtəlif janrlara müraciət edərək özünəməxsus musiqi dili ilə seçilən maraqlı əsərlər

TƏSDİQ: Dövlət universitetlərində elektron imtahan sisteminə müdaxilələr olub

19 May 2017 13:34

"Bir neçə hal olub ki, dövlət universitetlərində elektron imtahan və tədris idarəetmə sisteminə müdaxilələr edilib. Universitetlərdə bəzi hallarda bunu hətta tələbələr edib. Onlar qiymətləri dəyişib və ya siliblər, şəffaflıq sistemini pozublar".

Astma xəstəliyini müalicə etmək mümkündürmü?

19 May 2017 13:33

Astma geniş yayılmış xəstəliklərdən biridir və hazırda dünyada 150 milyon nəfər bronxial astmadan əziyyət çəkir. Təxmini hesablamalara görə, ölkəmizdə xəstəliyə yoluxma faizi əhalinin 5-8 faizi civarındadır. 

II Beynəlxalq “Türk dünyasının ortaq dili – naxışlar” simpoziumu

19 May 2017 13:31

Mayın 22 - 24 - də Xalça Muzeyində "Ortaq qaynaqdan çeşidli yollar" mövzusunda II Beynəlxalq "Türk dünyasının ortaq dili - naxışlar" simpozium keçiriləcək. Simpozium Mədəniyyət və Turizm Nazirliyi, Yunus Emre İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzi və Xalça Muzeyinin təşkilatçılığı, Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyi, TÜRKPA (Türkdilli Ölkələrin Parlament Assambleyası), Türkiyə Respublikasının Azərbaycandakı Mədəniyyət və Tanıtma müşavirliyi, Türk Dünyası Fondu, "Z Company 2007", ATİB (Azərbayan Türkiyə İş Adamları Birliyi) və Azərbaycan Dillər Universitetinin dəstəyi ilə təşkil olunur. Səfirlikdən "Olaylar" - a bildirilib ki, simpoziumda Azərbaycan, ABŞ, Gürcüstan, İran, İtaliya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Serbiya, Türkiyə, Türkmənistan və Ukraynadan aparıcı tədqiqatçılar, kolleksiyaçılar, xalçaçı rəssamlar və bu sahə üzrə digər mütəxəssislər iştirak edəcəklər.

Tatlısəsin işçisi ilə mübahisəsi düşdü, işə polis qarışdı

19 May 2017 13:28

Müğənni İbrahim Tatlısəsin Quşadası və Bodrumdakı otelləri üçün müxtəlif işlər gördüyünü söyləyən Murad Özey adlı işçisi ilə mübahisəsi düşüb.  Bu yaxınlarda Tatlısəsin yanına gedən Özey ona olan borcun ödənməsini istəyib. Sənətçi isə onu "evinə hücum etmə" şikayəti ilə polisə şikayət edib və Murada heç bir borcunun olmadığını, bütün pulunu ödədiyini iddia edib.

Məktəbdə şagirdlər təxliyə edildilər - Strasburqda BOMBA HƏYƏCANI

19 May 2017 13:25

Fransanın şərqində Strasburqda səhər saatlarında məktəbdə şagirdlər təxliyə ediliblər. Təxliyə məktəbə partlayıcı qurğu yerləşdirilməsi barədə informasiya alındıqdan sonra aparılıb. İnformasiyadan dərhal sonra təhsil müəssisəsində dərslər dayandırlıb, hazırda məktəbdən təxliyə edilmiş uaşqlar ərazidən uzaqlaşdırılıb.