Sumqayıtın “Şərq bazarı” sökülür
Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən “Şərq bazarı”nda 66 sahibkara məxsus dükan mayın 19-unda səhər tezdən sökülməyə başlayıb. Bu barədə “Olaylar”a məlumat verən dükan sahibləri bildiriblər ki, bu vaxtacan, tam hasarlandığına görə işlədilməyən 6 dükan texnika ilə artıq sökülüb: “Sahibkarlar bütün məhkəmə instansiyalarını udsalar da, əksəriyyətinin əlində Əmlak Məsələləri Dövlət Komitəsindən və digər dövlət orqanlarından verilən, qanuni sənədlər olsa da Sumqayıt şəhər icra hakimiyyəti mülkiyyət hüququnun toxunulmazlığına məhəl qoymadan, söküntü ilə bağlı heç bir məhkəmə sənədi olmadan qanunsuz olaraq dükanları sökür.
19 May 2017 13:54 SosialSahibkarların məhkəmə qərarları əllərində qalıb
Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən "Şərq bazarı"nda 66 sahibkara məxsus dükan mayın 19-unda səhər tezdən sökülməyə başlayıb. Bu barədə "Olaylar"a məlumat verən dükan sahibləri bildiriblər ki, bu vaxtacan, tam hasarlandığına görə işlədilməyən 6 dükan texnika ilə artıq sökülüb: "Sahibkarlar bütün məhkəmə instansiyalarını udsalar da, əksəriyyətinin əlində Əmlak Məsələləri Dövlət Komitəsindən və digər dövlət orqanlarından verilən, qanuni sənədlər olsa da Sumqayıt şəhər icra hakimiyyəti mülkiyyət hüququnun toxunulmazlığına məhəl qoymadan, söküntü ilə bağlı heç bir məhkəmə sənədi olmadan qanunsuz olaraq dükanları sökür. Sahibkarlar isə çaşqınlıq içindədirlər və hara şikayət edəcəklərini bilmirlər". Məlumatda o da bildirilir ki, uzun müddət gündəmdən düşməyən bu çəkişmə 2011-ci ildən davam edir. İcra hakimiyyəti bildirib ki, obyektlər sökülüb yerində 4 mərtəbəli ticarət mərkəzi tikiləcək. Dükanlar abadlaşdırmaq adı ilə söklüsə də sahibkarlar bir neçə dəfə xeyli xərc çəkib obyektlərini abadlaşdırmağa cəhd ediblər, amma onlara bunu etməyə imkan verməyiblər. Onu da bildirək ki, mülkiyyət hüququ Azərbaycan Konstitusiyasında dövlət tərəfindən qorunur.