Azərbaycan musiqi ictimaiyyətinə böyük itki
Azərbaycan bəstəkarlıq məktəbinin tanınmış nümayəndələrindən biri, təcrübəli pedaqoq, gözəl və nəcib insan Ədviyyə Rəhmətova mayın 18-də 73 yaşında vəfat edib. İttifaqdan “Olaylar” – a bildirlib ki, Ədviyyə Rəhmətova 1944-cü il martın 30-da Bakıda dünyaya göz açıb. Müstəqil yaradıcılıq yoluna qədəm qoyan bəstəkar müxtəlif janrlara müraciət edərək özünəməxsus musiqi dili ilə seçilən maraqlı əsərlər
19 May 2017 13:34 MədəniyyətAzərbaycan bəstəkarlıq məktəbinin tanınmış nümayəndələrindən biri, təcrübəli pedaqoq, gözəl və nəcib insan Ədviyyə Rəhmətova mayın 18-də 73 yaşında vəfat edib.
İttifaqdan "Olaylar" - a bildirlib ki, Ədviyyə Rəhmətova 1944-cü il martın 30-da Bakıda dünyaya göz açıb. Müstəqil yaradıcılıq yoluna qədəm qoyan bəstəkar müxtəlif janrlara müraciət edərək özünəməxsus musiqi dili ilə seçilən maraqlı əsərlər yaradıb. O, tar ilə xalq çalğıalətləri orkestri, kamança ilə kamera orkestri, soprano ilə kameraorkestri üçün konsertlər, kamança və qanun ilə simfonik orkestr üçün ikili konsert, simfoniya, "Şahsevənlər ocağına səyahət", "Dədə Qorqud" simfonik poemaları, simli kvartet, violonçel və piano üçün "Elegiya", həmçinin xalq çalğı alətləri orkestri üçün bir sıra lirik rəqslərin, Azərbaycan şairlərinin sözlərinə yazılmış mahnı və romansların, kamera -instrumental əsərlərin müəllifidir.