Gündəm
Gəncədə bir-biirinə bitişik 7 otaqlı ev yanıb
Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus 4 otaqlı evdə Yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 4 otaqlı evin 3 otağının yanar konstruksiyaları 80 kv.m sahədə və ona bitişik tikilmiş digər vətəndaşa məxsus ümumi sahəsi 250 kv.m olan birmərtəbəli 4 otaqlı evin dam örtüyü 2 kv.m sahədə yanıb.
Qaradağda 2 yük maşını toqquşub-ölən var
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Qaradağ rayonunda 2 ədəd yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub. FHN-dən verilən məlumata görə, dərhal Nazirliyin Xüsusi Riskli XilasetməXidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq yük avtomobilində sıxılmış vəziyyətdə qalmış 1 nəfərin cəsədini çıxararıblar. Cəsəd aidiyyəti üzrə təhvil verilib.
Tikintidə çalışanlar nə qədər əmək haqqı alırlar?
2017-ci ilin yanvar-mart aylarında tikinti sahəsində çalışan muzdlu işçilərin orta siyahı sayı 87,9 min nəfər təşkil edib. Dövlət Statistika Komitəsindən “Olaylar” verilən məlumata görə, onların 40,4 min nəfəri binaların tikintisində, 24,1 min nəfəri mülki təyinatlı inşaat işlərində, 23,4 min nəfəri isə ixtisaslaşdırılmış tikinti işlərində çalışıb.
Nazir Goranboyda vətəndaşları qəbul edəcək
Mayın 20-də İqtisadiyyat naziri Şahin Mustafayev Goranboyda Gəncə, Naftalan, Xocalı şəhərlərindən və Goranboy rayonundan olan vətəndaşları qəbul edəcək.Bu barədə İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, vətəndaşların qəbulu saat 11:00-dan etibarən Heydər Əliyev Mərkəzində (ünvan: Dədə Qorqud küç., 27) keçiriləcək.
Türkiyədə Qarabağ parkı açılır
24 may 2017-ci il tarixində Avrasiya İqtisadi Əlaqələr Dərnəyi (EkoAvrasya) və Pursaqlar Bələdiyyəsinin birgə təşkilatçılığı ilə ''Türkiyə-Azərbaycan əlaqələri: qardaşlıq və strateji tərəfdaşlıq'' başlıqlı Beynəlxalq simpozium keçiriləcək.
Rusiyada erməni iş adamının telekanalı müflisləşib
Rusiya Federal Vergi Xidməti erməni əsilli media maqnatı Aram Qabrelyanovun “News Media” holdinqinə məxsus “Jizn” qəzetinin və “Life” telekanalının müflisləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edib. Bu barədə “Kommersant” qəzeti yazıb. Qəzet qeyd edib ki, “Life” telekanalının vergi borcundan başqa, Krımda apardığı yayıma görə Rusiya televiziya və radio yayımı şəbəkəsinə borcu var. Moskva Arbitraj Məhkəməsi Federal Vergi Xidmətinin müraciətini mayın 17-də qeydə alıb.
AXCP sədrinin köməkçisinin məhkəməsi başlayıb
Bu gün Səbail rayon Məhkəməsində AXCP sədri Əli Kərimlinin köməkçisi, “Azadlıq” qəzetinin direktoru Faiq Əmirlinin cinayət işi məhkəmənin hazırlıq iclası keçirilib. Hakim Aytən Əliyevanın sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. F. Əmirlinin vəkilləri - Aqil Layıcov və Fəxrəddin Mehdiyev vəsatətlə çıxış edərək, təqsirləndirilən şəxs barəsində cinayət işinə xitam verilməsi və ya həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət veriblər. Məhkəmə vəsatətləri təmin etməyib.
Rusiya Belarusda istehsal olunan süd məhsullarına məhdudiyyət qoyub
Rusiya Baytar və Bitki sanitariyasına nəzarət üzrə Federal Agentliyi mayın 19-dan Belarusda istehsal edilən süd məhsullarının idxalına məhdudiyyət tətbiq edib. Rusiya hakimiyyəti bunu qarşı tərəfin sanitar normaları dəfələrlə pozması ilə əlaqələndirib. Belarus müəssisələrinin istehsal etdiyi quru süd, quru süd süzməsi, pendir, yağın Rusiyaya idxalı məhdudlaşdırılıb.
Məktəblilər üçün mühazirə
AMEA Riyaziyyat və Mexanika İnstitutu “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan elmi-populyar mühazirə və seminarlar keçirir. Akademiyadan “Olaylar” – a bildirlib ki, növbəti mühazirə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda akt zalında olub.
Nazir Cəlilabadda olacaq
Mayın 25 – də Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov Cəlilabad şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Cəlilabad, Biləsuvar, Neftçala və Salyan rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Masallı sakini bibisinə ağır xəsarət yetirdi
Masallıda gənc oğlan mal-qara üstündə öz doğma bibisini vəhşicəsinə döyüb. Məlumata görə, hadisə rayonun Qızılağac kəndində baş verib. Belə ki, 37 yaşlı kənd sakini Rəna Dadaşova qardaşı oğlu Adil Dadaşov tərəfindən döyülüb. Hadisəyə səbəb isə Adilin öz fermasında bir müddətdir ki, saxladığı mal-qaranı geri qaytarmaq istəməməsi olub. Zərərçəkən R.Dadaşovanın sözlərinə görə, o, evdə xəstə olan anası 80 yaşlı Əzizə Dadaşovaya baxdığı üçün həyətlərindəki heyvanları saxlaya bilmirmiş. Buna görə heyvanları qardaşı oğlu Adilin fermasına yerləşdiriblər. Lakin Adil bundan sui-istifadə edərək mal-qaranı mənimsəyib və geri qaytarmaqdan imtina edib. Artıq məsələ ilə bağlı polisə müraciət olunub. Faktla bağlı araşdırma aparılır.
Quldurluq edən Bakı sakini tutulub
Quldurluq törətməkdə şübhəli bilinən paytaxt sakini tutulub.“Olaylar” Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, aprelin 26-da Bakı şəhər sakini Rafiq Məmmədov Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinə müraciət edərək aprelin 25-də evinə gələn Cahangir adlı tanışının onu döyməsini və bıçaqla hədələyərək 160 manat pulunu, mobil telefon və sənədləri olan gödəkçəsini aparmasını bildirib. Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Cahangir Şükürlü müəyyən edilərək tutulub.
Ermənistan rəhbərliyinin faşizm siyasəti
Ermənilər yeni mübarizə mərhələsinə başlayıblar. Hazırda dünyadakı erməni lobbisinin əsas fəaliyyəti yeni Ağ Ev rəhbəri Donald Trampa yaxınlaşmaq və qondarma soyqırımın növbəti ildönümündə Birləşmiş Ştatlar prezidentinin dilindən soyqırım ifadəsinin işlədilməsinə nail olmaqdır. Elə tanınmış israilli ekspert Arye Qut da belə düşünür. O, bildirib ki, hazırda ermənilər Prezident Donald Trampa yaxınlaşmaq üçün yollar axtarırlar. Keçən il İsrail parlamenti bu məsələni səsverməyə çıxarmadı. Çünki hökumətin mövqeyini təmsil edən portfelsiz nazir Tsaxi Xaneqbi bu məsələnin Təhsil Komissiyasında müzakirə olunmasını təklif etmişdi. Yeri gəlmişkən, Xaneqbi özünün çıxışında “soyqırımı” sözündən istifadə etmir. 1915-ci il hadisələrini sadəcə “faciəli hadisələr” adlandırırdı.
Son illərdə Azərbaycanda körpələrə daha çox eyni adlar qoyulub
Son 6 ildə Azərbaycanda uşaqlara daha çox eyni adlar qoyulub. 2011-ci ildə körpələrə ən çox qoyulan 10 kişi adı Yusif (4170), Əli (2923), Hüseyn (2787), Məhəmməd (1914), Murad (1636), Ömər (1417), Kənan (1353), Nihad (1343), İbrahim (1149) və Fərid (1042) olub.
Ermənistan parlamentinə üç sədr müavini seçilib
Ermənistan parlamenti sədrinin 3 müavini seçilib. Mayın 19-da keçirilən iclasda səsvermədə 105 deputatdan 100-ü iştirak edib. Spikerin yeni müavinlərindən ikisi hakim Respublikaçılar Partiyasının, biri isə müxalifətin təmsilçisidir.Eduard Şarmazanov və Aspine Ovannisyan hakim Respublikaçılar Partiyasını, Mikael Melkumyan isə müxalif “Tsarukyan” blokunu təmsil edirlər.














