Masallı sakini bibisinə ağır xəsarət yetirdi
Masallıda gənc oğlan mal-qara üstündə öz doğma bibisini vəhşicəsinə döyüb. Məlumata görə, hadisə rayonun Qızılağac kəndində baş verib. Belə ki, 37 yaşlı kənd sakini Rəna Dadaşova qardaşı oğlu Adil Dadaşov tərəfindən döyülüb. Hadisəyə səbəb isə Adilin öz fermasında bir müddətdir ki, saxladığı mal-qaranı geri qaytarmaq istəməməsi olub. Zərərçəkən R.Dadaşovanın sözlərinə görə, o, evdə xəstə olan anası 80 yaşlı Əzizə Dadaşovaya baxdığı üçün həyətlərindəki heyvanları saxlaya bilmirmiş. Buna görə heyvanları qardaşı oğlu Adilin fermasına yerləşdiriblər. Lakin Adil bundan sui-istifadə edərək mal-qaranı mənimsəyib və geri qaytarmaqdan imtina edib. Artıq məsələ ilə bağlı polisə müraciət olunub. Faktla bağlı araşdırma aparılır.
19 May 2017 14:13 SosialMasallıda gənc oğlan mal-qara üstündə öz doğma bibisini vəhşicəsinə döyüb. Məlumata görə, hadisə rayonun Qızılağac kəndində baş verib. Belə ki, 37 yaşlı kənd sakini Rəna Dadaşova qardaşı oğlu Adil Dadaşov tərəfindən döyülüb. Hadisəyə səbəb isə Adilin öz fermasında bir müddətdir ki, saxladığı mal-qaranı geri qaytarmaq istəməməsi olub. Zərərçəkən R.Dadaşovanın sözlərinə görə, o, evdə xəstə olan anası 80 yaşlı Əzizə Dadaşovaya baxdığı üçün həyətlərindəki heyvanları saxlaya bilmirmiş. Buna görə heyvanları qardaşı oğlu Adilin fermasına yerləşdiriblər. Lakin Adil bundan sui-istifadə edərək mal-qaranı mənimsəyib və geri qaytarmaqdan imtina edib. Artıq məsələ ilə bağlı polisə müraciət olunub. Faktla bağlı araşdırma aparılır.