Gündəm
“Wikileaks”in qurucusuna qarşı istintaq dayandırıldı
İsveç prokurorluğu avstraliyalı jurnalist, “Wikileaks”in qurucusu Culian Assanja qarşı istintaqı dayandırıb. İstintaq artıq 7 il idi davam edirdi. Assanj İsveç prokurorluğu tərəfindən cinsi zorakılıqda ittiham olunurdu. Lakin Assanj bu ittihamları heç vaxt qəbul etməyib. Sonuncu dəfə 6 ay əvvəl İsveç rəsmilərinə müsahibə verib. Assanj, eyni zamanda, Amerika Birləşmiş Ştatları tərəfindən hərbi və diplomatik sənədləri mediyaya sızdırmaqda ittiham olunur.
Nazir: "Əsas məqsəd "Cənub Qaz Dəhlizi" üzrə işləri vaxtında başa çatdırmaqdır"
Energetika naziri Natiq Əliyev ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanı qəbul edib. Energetika Nazirliyindən verilən məlumata görə, görüşdə Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin birgə iştirakı ilə Vyanada keçiriləcək Nazirlər Şurasının 172-ci iclası ərəfəsində dünya enerji bazarında son vəziyyət müzakirə edilib. Neftin qiymətinə iqtisadi və siyasi faktorların təsiri, İran, İraq, Liviya, Səudiyyə Ərəbistanı, Rusiya və Qazaxıstan kimi ölkələrin neft hasilatı ilə bağlı mümkün addımları ətrafında fikir mübadiləsi aparılıb. Neft hasilatının azaldılması üzrə sazişin müddətinin gələn ilin mart ayının sonuna kimi uzadılması barədə Rusiya və Səudiyyə Ərəbistanı anlaşmasından da bəhs edilərək, bildirilib ki, sazişin ilin sonuna kimi uzadılması daha məqsədəuyğundur.
Mədət Quliyev: "Bu gün ölkədə əmin-amanlıqdır, ona görə də Azərbaycana turist axını var"
"Bu gün Azərbaycan dünyada tanınır. Ulu öndər Heydər Əliyev demişdi ki, Azərbaycan bir gün dünyaya Günəş kimi saçacaq. Bax bu gün biz bunun şahidi oluruq". Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev deyib.
Leyla Əliyeva yeni yaradılmış fondun təqdimatında iştirak edib
Bu gün "Həyat" Fondunun təqdimatı keçirilib. Fondun təsisçisi və direktoru telejurnalist, "Xeyir" körpüsü verilişinin müəllifi və aparıcısı Nuran Hüseynovdur. Təqdimat mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ukrayna idmançısının qətlində şübhəli bilinən azərbaycanlının məhkəməsi başlayır
Ukrayna idmançısını öldürməkdə şübhəli bilinən azərbaycanlı məhkəmə qarşısına çıxacaq. Odessa şəhər prokurorluğu mayın 16-da Malinovski rayon məhkəməsinə Babək Dəmir oğlu Həsənovun adının hallandığı cinayət işinin materiallarını göndərib.
DTX rəisi: "Bu xəyanətkar şəbəkə 1988-1990-cı illərdən kök atıb"
"Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən casus şəbəkəsinin ifşası ilə bağlı bəyanat verildi. Azərbaycanın daxilində heç bir təhlükə yoxdur, xalq möhtərəm prezidentimizin yanındadır. Prezidentimiz onu sevən xalqa arxalanır. Ancaq Azərbaycan bir çox dövlətlərin, siyasi dairələrin maraq dairəsindədir, şübhəsiz ki, kənardan Azərbaycana böyük təhdidlər var". Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Mədət Quliyev deyib.
Saqqızın insan orqanizminə öldürücü təsirləri
Günümüzdə küçədə, meydanda, ictimai nəqliyyatda, hətta iş yerlərində belə saqqız çeynəyən fərdlərə rast gəlmək mümkündür. Kimi bunu adət halı kimi dəyərləndirir, kimisi isə bekarçılıqdan yaranan zərurət kimi xarakterizə edir.
“AtaSığorta” ASC-nin Sumqayıtda yeni filialı açıldı
“AtaSığorta” ASC-nin Sumqayıtda yeni filialı açılıb. “OLAYLAR”-ın xəbərinə görə, “AtaSığorta”ASC-nin İdarə Heyətinin Üzvü - Sığorta Xidmətləri Departamentinin direktoru Qoşqar Həsənov bildirib ki, müştərilərimizə daha yaxın olmaq və onlara yüksək xidmətlər göstərmək məqsədilə Sumqayıt şəhərində (Heydər Əliyev prospekti, 16-cı məhəllə ünvanında) yeni bir filialını açdıq.
2017-ci ilin I rübündə 100 minə yaxın ağac və kol bitkisi əkilib
"Azəravtoyol" ASC-nin tabeliyindəki Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-lərinin kollektivləri tərəfindən respublikanın avtomobil yollarının mühafizə zolaqlarının yaşıllaşdırılması tədbirləri davam etdirilir.
Elektron Səhiyyə üzrə beynəlxalq konfrans
Türkiyənin İstanbul şəhərində HİMSS Türkiyə 2017- Elektron Səhiyyə üzrə beynəlxalq konfrans keçirilib. Nazirlikdən “Olaylar” – a bildirlib ki, konfransda Türkiyə, Avropa və s. regionlardan olan 1000-dən artıq səhiyyə, tibb müəssisəsi, şirkət rəhbərləri, investorlar və Elektron Səhiyyə mütəxəssisləri iştirak edib.
Azərbaycan alimi İtaliyada beynəlxalq konfransda
Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti, AMEA-nın Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov İtaliyanın Roma şəhərində elmi ezamiyyətdə olub. O, İtaliya Coğrafiya Cəmiyyətinin 150 illik yubileyinə həsr olunan “Coğrafiya Cəmiyyəti yeni dünya tədqiqatları şəbəkəsində” mövzusunda keçirilmiş beynəlxalq konfransda iştirak edib.
Bölgələrdə tibb işçilərinin Hüquqi Maarifləndirilməsinə dair treninq
Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 4.1.1-ci yarım bəndinin icrası məqsədi ilə “Vətəndaşların müraciətləri haqqında” qanununun tələblərinin yerinə yetirilməsi və bu işdə şəffaflığın və vahid metodologiyanın tətbiqinin təmin etmək məqsədi ilə treninqlərə davam etdirilir. Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Tibb İşçilərinin Hüquqi Maarifləndirilməsinə Yardım İctimai Birliyi tərəfindən Bakı şəhərində və Siyəzən, Quba,Qazax, Tovuz və Şəmkir rayonlarında təşkil olunmuş treninqlərdən sonra Kürdəmir və Şamaxı rayonlarında da belə treninqlər təşkil olunub.
Şəki sakinin həyətində 70 ədəd çətənə kolu aşkar edilib
Şəki rayonu ərazisində yabanı halda bitən çətənə kolları aşkar edilərək məhv edilib. “Olaylar”a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Öyrət kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 461 kiloqram olan 4854 ədəd çətənə kolları aşkar edilərək məhv edilib. Bundan başqa Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Qaradırnaq kəndi ərazisində rayon sakini Əfqan Əhmədov tərəfindən kultivasiya yolu ilə yetişdiriliən 70 ədəd çətənə kolları aşkar edilərək götürülüb.
Avtomobil oğruları ələ keçiblər
Avtomobildən pul, mobil telefon, qızıl əşyalar və sənəd oğurlamaqda şübhəli bilinən şəxslər tutulublar. “Olaylar”a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə mayın 16-da Abdulhüseyn Ramazanovun “Chevrolet” markalı avtomobilindən 320 manat pul, mobil telefon, qızıl əşyalar və sənəd oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tural Hüseynov və Abşeron rayon sakini Elməddin Quliyev tutulublar.
İmişlidə 3 otaqlı ev yanıb
İmişli şəhərində vətəndaşa məxsus 3 otaqlı evdə yanğın qeydə alınnıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə ümumi sahəsi 96 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 05:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.












