Azərbaycan alimi İtaliyada beynəlxalq konfransda
Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti, AMEA-nın Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov İtaliyanın Roma şəhərində elmi ezamiyyətdə olub. O, İtaliya Coğrafiya Cəmiyyətinin 150 illik yubileyinə həsr olunan “Coğrafiya Cəmiyyəti yeni dünya tədqiqatları şəbəkəsində” mövzusunda keçirilmiş beynəlxalq konfransda iştirak edib.
19 May 2017 14:53 SosialAzərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti, AMEA-nın Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov İtaliyanın Roma şəhərində elmi ezamiyyətdə olub. O, İtaliya Coğrafiya Cəmiyyətinin 150 illik yubileyinə həsr olunan "Coğrafiya Cəmiyyəti yeni dünya tədqiqatları şəbəkəsində" mövzusunda keçirilmiş beynəlxalq konfransda iştirak edib.
Akademiyadan "Olaylar" - a bildirlib ki, İtaliya Respublikasının Prezidenti Sergio Mattarellanın da iştirak etdiyi beynəlxalq tədbirdə akademik R.Məmmədov "Azərbaycan coğrafiyası və Azərbaycan Coğrafiya Cəmiyyətinin fəaliyyəti" mövzusunda məruzə ilə çıxış edib.