Elektron Səhiyyə üzrə beynəlxalq konfrans

Türkiyənin İstanbul şəhərində HİMSS Türkiyə 2017- Elektron Səhiyyə üzrə beynəlxalq konfrans keçirilib. Nazirlikdən “Olaylar” – a bildirlib ki, konfransda Türkiyə, Avropa və s. regionlardan olan 1000-dən artıq səhiyyə, tibb müəssisəsi, şirkət rəhbərləri, investorlar və Elektron Səhiyyə mütəxəssisləri iştirak edib.

Türkiyənin İstanbul şəhərində HİMSS Türkiyə 2017- Elektron Səhiyyə üzrə beynəlxalq konfrans keçirilib. Nazirlikdən "Olaylar" - a bildirlib ki, konfransda Türkiyə, Avropa və s. regionlardan olan 1000-dən artıq səhiyyə, tibb müəssisəsi, şirkət rəhbərləri, investorlar və Elektron Səhiyyə mütəxəssisləri iştirak edib.

Konfransın təşkilində əsas məqsəd səhiyyə elminin vacib sahələrindən olan Səhiyyə informatikası sahəsinə yeni əlavələr və layihələrin tətbiqi idi. Tədbir zamanı müxtəlif treninqlər, seminarlar, dəyirmi masalar təşkil olunmuş və gələn qonaqlardan müsahibələr alınmışdır. Çıxış edənlərin sırasında HİMSS-in dünya üzrə icraçı direktoru Stefen Liber, Türkiyə Səhiyyə nazirinin müavini professor Eyup Gümüş, Türkiyə Səhiyyə informatika sistemlərinin baş direktoru Dr.Mahir Ülgü, Səhiyyə nazirliyinin baş müşaviri Dr. Şuayip Birinci və digər mütəxəssislər olmuşdur.

Konfransda ölkəmizi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyini nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru C.Əsəd-zadə təmsil edirdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31