Gündəm

Tramp köməkçisi Flinni istefaya göndərdiyinə peşman olub

19 May 2017 16:03

ABŞ prezidenti Donald Tramp milli təhlükəsizlik üzrə sabiq köməkçisi, quru qoşunlarının istefada olan generalı Maykl Flinnin Ağ Evə qayıdacağına ümid edir.

Səlim Müslümov Şəmkir rayonunda 5 rayonun sakinləri ilə görüşüb

19 May 2017 16:02

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Şəmkir rayonunda bu rayonun və Gədəbəy, Tovuz, Ağstafa, Qazax rayonlarının sakinlərini  fərdi qaydada qəbul edib.

Vətəndaş cəmiyyətləri siyasi plüralizmin təntənəsi kimi

19 May 2017 15:59

Müasir dövrdə vətəndaş cəmiyyəti və hüquqi dövlət bazar iqtisadiyyatı, demokratiya, millət ideyası, milli dövlət ümumbəşəri sərvətə çevrilib. Siyasi plüralizm, söz, fikir, mətbuat azadlığı, çoxpartiyalı sistem formalaşıb.

Nazirlik İctimai Şura üzvlüyünə namizədlərini elan edəcəyi vaxtı açıqlayıb

19 May 2017 15:57

Energetika Nazirliyinin fəaliyyət istiqamətləri üzrə hüquqi aktların qəbulunda, nazirliyin fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin etmək məqsədilə İctimai Şuranın yaradılması prosesinə başlanıb.

Kəmaləddin Heydərov Beyləqanda vətəndaşları qəbul edəcək

19 May 2017 15:56

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən mayın 23-də Beyləqan şəhərində, Gənclər Mərkəzinin binasında saat 11:00-dan vətəndaşların qəbulu keçiriləcək. “Olaylar”  nazirliyin saytına istinadən məlumatına görə, qəbulda yalnız Beyləqan, Ağcabədi, Füzuli, Xocavənd rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.Qəbula gələn vətəndaşların qeydiyyatı Gənclər Mərkəzinin binasında 22 may 2017-ci il tarixində saat 09:00-da başlayacaq.Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Bakıda yol polisi xanım üçün qollarını çirmələdi

19 May 2017 15:54

Bakıda yolda qalan xanımın polislər köməyinə çatıb. Bu gün səhər işə gedən xanım sürücünün avtomobilində problemlər yaranıb. Babək prospektindən üzü Yusif Səfər küçəsi ilə hərəkət edən maşının təkəri buraxıb. Bu zaman həmin ərazidən keçən yol polisi bütün işini ataraq xanıma yardım edib. 

Ərdoğan Donald Tusk və Jan-Klod Yunkerlə görüşəcək

19 May 2017 15:52

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı Şurasının sədri Donald Tusk və Avropa Komissiyasının prezidenti Jan-Klod Yunkerlə görüşəcək. Avropa Komissiyasının mətbuat katibi Marqaritis Skinas görüşün mayın 25-də Brüsseldə baş tutacağını deyib.

ABŞ Suriyanı vurdu – Rusiyadan cavab

19 May 2017 15:51

ABŞ-ın hərbi təyyarələri Suriya vətəndaşlarını vurur. Bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Qatilov Cenevrədə jurnalistlərə açıqlamasında deyib. “ABŞ Suriyanın suverenliyinə əngəl törədir, hadisələrin siyasi həll tapmasına imkan vermir”, - deyə o bildirib.

Deputat: “Minsk qrupu Ermənistanın təbliğatının carçısına çevrilib”

19 May 2017 15:48

“Biz ATƏT-in Minsk qrupuna ATƏT-in təməl sənədlərinə riayət etməyi tövsiyə edərdik. ATƏT BMT TŞ-nin qətnamələrini üstün tutaraq ilk növbədə Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsi təqvimi üzərində işləməlidir”. Bu fikirləri  Milli Məclisin deputatı Asim Mollazadə deyib. O bildirib ki, bu gün beynəlxalq hüquq normaları kobud şəkildə pozulub. Deputatın sözlərinə görə, Minsk qrupu beynəlxalq hüquqa arxalanmaq əvəzinə, Ermənistanın təbliğatının carçısına çevrilib: “Biz düşünürük ki, ən əsas məsələ beynəlxalq hüququ bərqərar etməkdir. Bunu etmədiyi üçün ATƏT sadəcə refrigeratora çevrilib, münaqişəni dondurmaqla məşğuldur”. 

Boşanmaq üzrə olduğu arvadını evdə başqa kişi ilə tutdu - VİDEO

19 May 2017 15:46

Türkiyənin Kocaeli valiliyinin Darı rayonunda dəhşətli qətl hadisəsi baş verib.  Uğur K. (32) adlı şəxs boşanma iddiası açdığı yoldaşının evinə gedib. Lakin evdə bir yük şirkətində çalışdığı öyrənilən Bilal O. (27) ilə qarşılaşıb.

Dağıstanda quldur dəstəsinin başçısı və onun üç köməkçisi zərərsizləşdirilib

19 May 2017 15:42

Dağıstanda antiterror əməliyyatı zamanı dörd silahlı, o cümlədən "Kadar" dəstəsinin başçısı zərərsizləşdirilib. Milli Antiterror Komitəsinin məlumatında əməliyyat zamanı Dağıstanın Buynaksk rayonunun Karamaxi kəndindəki fərdi evlərin birində cinayət fəaliyyəti ilə məşğul olan qrup üzvləri aşkar edilib. Quldurları mühasirə alan hüquq-mühafizə orqanlarının silahı yerə qoyub təslim olmaq təklifinə qarşı tərəf atəş açmaqla cavab verib.

Türkiyəyə siyasi blef - Kəşfiyyatçı generaldan DÖRD SƏBƏB

19 May 2017 15:38

Almaniyanın İncirlik hərbi hava bazasına alternativlərin axtarışı barədə bəyanatları siyasi blefdir. Bunu Türkiyənin hərbi kəşfiyyat mütəxəssisi, ehtiyatda olan general Fəxri Erenel deyib.

Daşkəsəndə güclü külək: evlərin dam örtüyü uçub, elektrik xətləri sıradan çıxıb

19 May 2017 15:35

Daşkəsən rayonunda güclü külək bəzi fəsadlar törədib. Günorta saatlarında əsən külək nəticəsində şəhərin bir hissəsində elektrik enerjisinin verilməsi dayandırılıb. Güclü külək bir neçə bina və fərdi evin dam örtüyünü uçurub, elektrik xətlərini sıradan çıxarıb. Hazırda rayon ərazisində küləkli hava şəraiti davam edir.

Ermənistanda siyasi məhbuslar xalqı üsyana çağırdı

19 May 2017 15:32

Siyasi məhbus Jirayr Sefilyan və "Sasna Tsrer" təşkilatı Yerevanda keçirilən mer seçkilərində müxalif Zaruhi Postançıyan və onun qızına qarşı edilən zorakılıq barədə bəyanat yayıb.

Braziliyada NÜMAYİŞLƏR - Prezidentin istefası tələb edilir

19 May 2017 15:30

Braziliyada minlərlə adam ölkə prezidenti Mişel Temerin istefası tələbi ilə etiraz nümayişlərinə başlayıb. Braziliyanın 10-a yaxın iri şəhərlərində sakinlər küçələrə çıxaraq ölkə prezidentinin istefası ilə yanaşı, təcili ümumxalq seçkilərinin keçirilməsini də tələb edirlər.