Gündəm

Qız maşını saxlayıb küçənin ortasında oynadı - BAKIDA - VİDEO

19 May 2017 16:45

Sosial şəbəkələrdə maraqlı bir video yayılıb. Belə ki, gənc qız avtomobilini yolun kənarında saxlayaraq maqnitofonun səsini açıb və oynayır.

Nərimanov rayonunda məşğulluq tədbiri keçirilib

19 May 2017 16:39

Nərimanov rayon Məşğulluq Mərkəzi tərəfindən  “Sosial məsuliyyətin bölgüsü çərçivəsində həyata keçirilən tədbirlərdə işəgötürənlərin iştirakı” mövzusunda dəyirmi masa keçirilib. Dövlət Məşğulluq Xidmətindən “Olaylar”a verilən məlumata görə, rayon Məşğulluq Mərkəzinin sektor müdiri Elnur Abbaszadə bildirib ki, Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ildönümünə həsr olunmuş iclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən verilən tapşırığa müvafiq olaraq məşğulluq sahəsində dövlət şirkətləri ilə birgə fəaliyyət həyata keçirilməsi nəticəsində, sosial məsuliyyətin bölgüsü çərçivəsində Dövlət Məşğulluq Xidməti orqanlarının göndərişləri əsasında işaxtaranların dövlət müəssisə və təşkilatları tərəfindən boş iş yerlərində yerləşdirilməsi barəsində məlumat vermişdir.

Britaniya homoseksualları Ermənistandan üstün tutdu

19 May 2017 16:38

Böyük Britaniyanın Ermənistandakı səfiriliyində krallığın bayrağının yerində LGBT icmasının bayrağı dalğalanır. "Qanun naminə" ictimai hərəkatının üzvləri səfirliyə gedərək bayrağın yığışdırılmasını tələb ediblər.

Azad Rəhimov: "İslamiadada qazanılan medalların 44-ü qadın idmançılarımıza məxsusdur"

19 May 2017 16:36

"Azərbaycan qadınları ictimai siyasi həyatda hər zaman aktiv olublar. Ölkəmiz müstəqillik qazandıqdan sonra Azərbaycanda qadınların rolu daha da artıb". SİA-nın xəbərinə görə, bunu gənclər və idman naziri Azad Rəhimov “Qızların fiziki sağlamlığı: Gələcək nəsillərin inkişafı” adlı konfransda çıxış edərkən deyib.

Sumqayıt sakininin evində 2 tüfəng aşkar edilib

19 May 2017 16:34

Əldə edilən məlumat əsasında Sumqayıt ŞPİ əməkdaşları şəhər sakini Adil Heydərovun evinə baxış keçiriblər. DİN-dən verilən mlumata görə, həyata keçirilən əməliyyat tədbirləri nəticəsində  müvafiq sənədləri olmayan "Belka" və "İJ-K-16" markalı tüfənglər aşkar edilərək götürülüb. Araşdrıma aparılır. 

Dostunun avtomobilini qaçıran tutulub

19 May 2017 16:33

Aprelin 22-də Bakı şəhər sakini Natiq Rüstəmov Yasamal RPİ 27-ci Polis Bölməsinə müraciət edərək aprelin 17-də "Audi" markalı avtomobilinin dostu Elşən Əhmədov tərəfindən qaçırılmasını bildirib. DİN-dən “Olaylar”a verilən məlumata görə, dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən E.Əhmədov İmişli şəhəri ərazisində saxlanılaraq Yasamal RPİ-yə təhvil verilib.

Maşından pul, telefon və qızıl aparanlar saxlanılıb

19 May 2017 16:32

Mayın 16-da Abdulhüseyn Ramazanovun "Chevrolet" markalı avtomobilindən oğurluq edilib. DİN-dən verilən məlumata görə, Qusar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə avtomobildən 320 manat pul, mobil telefon, qızıl əşyalar və sənəd oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tural Hüseynov və Abşeron rayon sakini Elməddin Quliyev tutulublar. 

“Az-Granata” zavodunda “Kütləvi çıxrış” kampaniyası keçirilib

19 May 2017 16:30

İş yerində təşkil olunan “Kütləvi çıxrış” kampaniyası 19 may tarixində Ağsu rayonunda yerləşən “Az-Granata” zavodunun çoxsaylı əmək kollektivi üçün keçirilib. Əmlak Məsələləri Dövlət Komitəsindən “Olaylar”a verilən məlumata görə, kampaniya çərçivəsində zavod əməkdaşları iş yerlərindən ayrılmadan, daha rahat və operativ şəkildə qeydiyyat xidmətlərindən faydalanıblar.

Avtomobildən narkotik vasitə və valyuta aşkar edilib

19 May 2017 16:28

Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal nəzarəti zonasına daxil olan Rusiya Federasiyası vətəndaşının idarə etdiyi "Mersedes Benz Sprinter" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yəməndə bu qorxunc xəstəlikdən ölənlərin sayı artır

19 May 2017 16:21

Yəmənin 18 əyalətində tüğyan edən vəba epidemiyası səbəbindən ölənlərin sayı 242 nəfərə çatıb. Ümumdünya Səhiyyə Təşkilatı ölkə ərazisində 24 minə yaxın adamın bu xəstəliyə yoluxma ehtimalının olduğunu bildirib.

"Qadınlar sosial şəbəkələrə, dini sektalara aludə olmamalıdırlar"

19 May 2017 16:11

"Qadınlar sosial şəbəkələrə, pis vərdişlərə, dini sektalara aludə olmamalıdırlar". Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

Rusiyadakı qazax diasporu ÜAK-ın ləğvi ilə bağlı bəyanat yayıb

19 May 2017 16:10

Moskvada fəaliyyət göstərən qazax diasporunun Moskva Fondu Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğvi ilə bağlı bəyanat yayıb. Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, bəyanat müəllifləri bildirir ki, Rusiyada nüfuzlü ictimai təşkilatlardan biri olan ÜAK-la yarandığı gündən əməkdaşlıq edilib: “Təşkilat fəaliyyət göstərdiyi müddətdə xalqlar arasında dostluq ənənələrinin və Rusiya, eləcə də keçmiş ittifaqın digər respublikalarının xalqları arasında anlaşmanın qorunub saxlanılmasında, dövlətlər arasında konstruktiv əməkdaşlığın inkişafında maraqlı olub”.

ÜST: Avropa ölkələri arasında intihar ən az Azərbaycanda baş verir

19 May 2017 16:09

Avropa ölkələri arasında intihar halları ən az Azərbaycanda qeydə alınır.  Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının dünyada intihar hallarının sayı ilə bağlı 2015-ci il üçün hazırladığı statistikada deyilir.

"DQR"in sabiq müdafiə nazirinin həbs müddəti uzadıldı

19 May 2017 16:07

“Dağlıq Qarabağ Respublikası”nın sabiq müdafiə naziri Samvel Babayanın həbs müddəti uzadılıb. Bunu onun vəkili Avetis Kalayan deyib. Vəkilin sözlərinə görə, S. Babayan məhkəmə iclasına qatılmaq istəməyib.

SOCAR Ukraynanın Müdafiə Nazirliyi ilə müqavilə imzaladı

19 May 2017 16:05

SOCAR-ın Ukraynadakı törəmə şirkəti olan “SOCAR Ukraine” bu ölkənin Müdafiə Nazirliyi ilə 2,9 min ton və 6,1 min ton həcmdə reaktiv mühərriklər və ya təyyarə yanacağının tədarük edilməsi ilə bağlı iki müqavilə imzalayıb. Müqaviləyə əsasən, yanacağın bir tonunun qiyməti 16 min 637,9 qrivna (630,57 ABŞ dolları) və müvafiq olaraq 17 min 500 qrivna (663,25 dollar) təşkil edir.