Avtomobildən narkotik vasitə və valyuta aşkar edilib

Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal nəzarəti zonasına daxil olan Rusiya Federasiyası vətəndaşının idarə etdiyi "Mersedes Benz Sprinter" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal nəzarəti zonasına daxil olan Rusiya Federasiyası vətəndaşının idarə etdiyi "Mersedes Benz Sprinter" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə,  yoxlama zamanı nəqliyyat vasitəsindən 2 ədəd kibrit qutusunda xalis çəkisi 4.378 qram təşkil edən narkotik vasitə-marixuana, 15 ədəd "Belomorkanal" markalı papiroslar, gömrük orqanına bəyan edilməyən 33950 ABŞ dolları və 123500 Rusiya Federasiyası rublu aşkar edilib.Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31