Gündəm
Biznesmen ərinin şikayəti əsasında saxlanılan qadın məhkəmədə özünü təqsirli bilməyib
Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşına qarşı dələduzluqda və digər cinayətlərdə təqsirləndirilən Təyminə Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. İttihama münasibət bildirən T. Abdullayeva özünü təqsirli bilməyib. Prosesdə zərərçəkmiş qismində 17-ci Polis Bölməsinin əməkdaşı Oqtay Məmmədov və Orxan Babayev ifadə verib. Onlar ötən ilin iyunun ayının 17-də Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə axtarışda olan T. Abdullayevanı saxlamaq əmri verildiyini bildiriblər. Qeyd ediblər ki, bölmədə onun barəsində məcburi gətirilmə haqda qərar olub və Təyminə Abdullayevanın yaşadığı mənzilə gedən zaman qadın onlara xəsarət yetirib.
Baybakov Fondu ÜAK-la bağlı Ali Məhkəməyə müraciət edib
Rusiya paytaxtında fəaliyyət göstərən N.K.Baybakov adına İqtisadi İnkişafın Təşviqi Fondu Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğvi ilə əlaqədar Ali Məhkəməyə müraciət edib.
Renat Dadaşov "Ayntraxt"la 3 illik müqavilə bağladı
Azərbaycan millisinin hücumçusu Renat Dadaşov bu gün klubu "Ayntraxt"la yeni müqavilə imzalayıb. Bu barədə Frankfurt təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb. Bildirilir ki, bu ilin yanvarında "Leypsiq"dən transfer edilən və ilk 6 ayı klubun U-19 komandasında keçirən Dadaşov bundan sonra əsas kollektivə cəlb ediləcək.
Ruben Martirosyan: “Ordu rüsvayçı vəziyyətdədir”
Ermənistan prezidenti Serj Sarkisyanın həqiqi hərbi xidmət yaşına çatmış gənclərin həqiqi hərbi xidmət keçmək üçün yay çağırışı barədə fərman imzalamasından sonra ölkədə ictimaiyyəti yenidən qıcıqlanmağa başlayıb. Belə ki, Ermənistanın tanınmış hüquq müdafiəçisi Ruben Martirosyan sözügedən məsələ ilə bağlı kəskin etirazını bildirərək xatırladıb ki, təkcə aprelin 20-dən mayın 14-ə qədər erməni ordusunda 11 hərbi qulluqçu həyatını itirib. Bu isə yalnız onun əlində olan məlumatdır, həqiqətdə isə bu rəqəm daha çoxdur. Ermənistanın 1in.am saytının rus dilli bölməsinə açıqlama verən erməni hüquq müdafiəçisinin sözlərinə görə, Serj Sarkisyan buna görə xalqa hesabat verməli olması yerinə, həyasızcasına hərbi xidmətə çağırış fərmanı imzalayır.
Azərbaycan İslamiadada 60-cı qızıl medalını qazandı
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində suya tullanma yarışları davam edir. Qadınlar arasında 10 m platformadan suya tullanma yarışında təmsilçimiz Olqa Bıkovskaya qızıl medal qazanıb. Bu, Azərbaycanın İslamiadada 60-cı qızıl medalıdır. İkinci yeri indoneziyalı Della Harimurti, üçüncü yeri isə türkiyəli Sinem Sağlam tutub.
Aşağı qiymət alan abituriyentlər üçün yeni şans
Aprelin 9-da rus bölməsi abituriyentləri üçün keçirilmiş "Azərbaycan dili" imtahanında qeyri-məqbul qiymət alan və ya iştirak etməyən abituriyentlərin nəzərinə!
Rusiya sərhədə tərəzi qoydu, Bakıda pomidor 3 dəfə ucuzlaşdı - VİDEO
Rusiya-Azərbaycan sərhədindəki Yaraq-Qazmalar sərhəd-keçid məntəqəsində Azərbaycandan keçib bu ölkəyə gedən ağırtonnajlı yük avtomobilləri üçün daşınan yüklərin çəkisinə nəzarət gücləndirilib. İlk baxışdan qəribə də olsa bunun nəticəsində Bakı bazarlarında pomidorun qiyməti qəfildən kəskin aşağı düşüb.
Ərinin dostu tərəfindən qaçırılan qadın tapıldı - İNTİHAR ETMƏK İSTƏDİ - VİDEO
Adanada özəl bir kollecdə nəzarətçi işləyən qadının həmin iş yerində sürücülük edən kişi tərəfindən qaçırıldığı barədə xəbər vermişdik. Qaçırıldığı irəli sürülən, həmin avtobusda nəzarətçi işləyən 3 uşaq anası Mersindəki bir xəstəxanada tapılıb.
Gənc şair "Next Stage Europe 3" festivalına dəvət aldı
Gənc şair Orxan Bahadırsoy Almaniyanın Höte adına Universitetinin Tiflis filialı tərəfindən "Next Stage Europe 3" festivalına təklif alıb. Sosial şəbəkə vaistəsi ilə oxucularını məlumatlandıran şair "Saçını satan aktrisa" adlı dram əsəri ilə festivala qatılmağa namizəd olduğunu və əsərinin alman dilinə tərcümə olunduğunu bildirib. Əsər Höte adına Universitetin təyin etdiyi münsiflər heyəti tərəfindən dəyərləndirilib.
Avropa Məhkəməsindən Ermənistana zərbə
Avropa İnsan Haqları məhkəməsi "Nikoğosyan Ermənistana qarşı" işi üzrə qərar qəbul edib. Robert Nikoğosyan 2011-ci ilin dekabrın 3-də İnsan hüquqlarının və azadlıqların müdafiəsi haqqında konvensiyanın 34-cü maddəsinin əsasında Ermənistana qarşı şikayət təqdim edib.
Akif Əlizadə kadr siyasətini gücləndirməyi tapşırdı
Mayın 19-da Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunda (GGİ) Elmi Şuranın növbəti iclası keçirildi. Akademiyadan “Olaylar” – a bildirlib ki, tədbiri AMEA-nın prezidenti, GGİ-nin direktoru akademik Akif Əlizadə açaraq kadr çatışmazlığı ilə əlaqədar yaranmış ciddi problemlərə toxundu. Bildirdi ki, geologiya və geofizika sahələri üzrə hazırkı yaşlı alimləri əvəzləyəcək gənc kadrların azlığı müşahidə olunur. Problemi aradan qaldırmaq məqsədi ilə AMEA-da magistratura təhsili genişləndirilir, qəbulun sayı artırılır.
Natiq Əliyev Vyanaya gedəcək
Azərbaycan Prezidentinin razılığı ilə energetika naziri Natiq Əliyev mayın 23-25-də Avstriyanın paytaxtı Vyana şəhərinə səfər edəcək. Energetika Nazirliyindən “Olaylar”a verilən məlumata görə, N.Əliyev Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin birgə iştirakı ilə Vyanada keçiriləcək Nazirlər Şurasının 172-ci iclasında Azərbaycanı təmsil edəcək.
ABŞ-ın Azərbaycandakı səfiri Energetika Nazirliyində olub
Energetika naziri Natiq Əliyev ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanı qəbul edib. Bu barədə nazirlikdən verilən məlumata görə, görüşdə Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin birgə iştirakı ilə Vyanada keçiriləcək Nazirlər Şurasının 172-ci iclası ərəfəsində dünya enerji bazarında son vəziyyət müzakirə edilib.
Rasim Kazımovun 85 illik yubileyinə həsr olunmuş konfrans
AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) təşkilatçılığı ilə görkəmli kitabxanaşünas-alim Rasim Kazımovun 85 illik yubileyinə həsr olunmuş konfrans keçirildi. Mərkəzdən “Olaylar” – a bildirilib ki, kitabxananın direktoru Leyla İmanova görkəmli alim, parlaq pedaqoq, kitabxana işinin əvəzsiz təşkiltçısı və fədaisi Razim Kazımovun tədbir iştirakçılarının və tədbirdə təmsil olunan bütün qurumların həyatında əhəmiyyətli iz qoyduğunu səsləndirdi. Tədbirin təşkil olunmasında MEK ilə yanaşı M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının tədbir zalında təşkil etdilən səyyar kitab sərgisi də diqqət cəlb edib. BDU-nun Kitabxana-informasiya fakültəsinin tədbirin təşkil olunmasında fəal dəstəyini və Rasim Kazımovun ailəsinin alimin şəxsi arxiv sənədlərinin tədbirdə sərgilənmək üçün kitabxanaya təqdim etdiyini vurğulandı.
Dmitri Medvedev Türkiyəyə gedir
Rusiyanın Baş naziri Dmitri Medvedev Türkiyəyə səfər edəcək. Səfərdə məqsəd mayın 22-də İstanbulda keçiriləcək Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısında iştirak etməkdir. D.Medvedevin türkiyəli həmkarı Binəli Yıldırımla görüşəcəyi də gözlənilir.














