Gündəm
Azay Quliyev seçiciləri ilə görüşüb
Bu gün Milli Məclisin deputatı Azay Quliyev YAP Binəqədi rayon təşkilatının binasında seçiciləri ilə növbəti görüşünü keçirib. Azay Quliyev seçicilərinin ünvanlı sosial yardım, məşğulluq, hüquq, əfv, mənzil-kommunal məsələləri ilə bağlı müraciətlərini dinləyib.
Tarixi romançılıqda Yunus Oğuz yolu
Yunus Oğuz təsvir etdiyi dövrün (XVI əsr) hadisələrinə heç bir müdaxilə eləmir, yəni məlum hadisələrə özündən yeni bir hadisə əlavə eləmir. Əgər edirsə də, həmin dövrün tarixi koloritindən kənara çıxmır. Lakin o, tarixi dövrə müasir bədii təfəkkürün işığında yanaşır. O dövr üçün də indiki tək BİRLİK, BÜTÖVLÜK, MÜSTƏQİLLİK ideyası bir konsepsiya kimi mövcud idi. Təbii ki, bu konsepsiya XVI əsr üçün fərqli idi. Maraqlıdır ki, Təhmasib müxtəlif təriqətlərin, ideya-siyasi-fəlsəfi cərəyanların fəaliyyət göstərdiyi, həmçinin bir-birilə dost olmayan müxtəlif tayfaların qarşıdurması zəminində heç də çaşbaş qalmadı. Ağıllı siyasəti ilə BİRLİK İDEYASINA sadiq qaldı.
Belarus Azərbaycan İcmaları Konqresindən ÜAK-la bağlı müraciət
Belarusdakı Azərbaycan İcmaları Konqresi Rusiya Prezidentinin Administrasiyası, Rusiya Federasiyasının Ədliyyə Nazirliyi, Rusiya Federasiyasının Ali Məhkəməsinə bəyanat ünvanlayıb.
5 dəfə məhkumluq həyatı yaşamış narkotik satıcısı tutuldu
Astara rayonunda narkotik satıcısı tutulub. Astara Rayon Polis Şöbəsinin əməkdaşları Şahağacı kənd sakini, 53 yaşlı Mirzəyev İqrar Nəriman oğlunu saxlayıb. Belə ki, əməliyyat məlumatları nəticəsində İ.Mirzəyevin İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə narkotik vasitə əldə edərək satışını həyata keçirdiyi dəqiqləşdirilib. Vətəndaşın evinə baxış keçirilərək ona məxsus yaşayış yerindən 1 kq çəkidə həşiş qətranı və daha 200 qram çəkidə müxtəlif tərkibli narkotik və güclü təsiredici psixotrop maddələr aşkar edilərək götürülüb.
Bakı-2017: Daha bir qızıl medal paraatletikadan gəldi
Azərbaycan Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının paraatletika yarışlarında növbəti qızıl medalını əldə edib. Atletimiz Yelena Çebanu qadın paralimpiyaçılar arasında 200 metr məsafəyə qaçış yarışında (T12 kateqoriyası) finiş xəttinə rəqiblərindən daha tez çatıb - 24,89 saniyə. İndoneziya idmançısı Endanq Sitorus gümüş, mərakeşli Məryəm En-Nuri isə bürünc medal qazanıb.
Abituriyentlər üçün son gün
Elektron ərizələrində ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının birincisində iştirak etmək istədiyini qeyd etmiş abituriyentlər ikinci imtahanda da iştirak etmək istədikləri halda mayın 22-dək DİM-in saytının "Abituriyentin elektron ərizəsi" səhifəsində qeydiyyatdan keçməlidirlər.
Bakı-2017: Güləşçimizdən qızıl medal
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan sərbəst güləşdə ilk medalını qazanıb. 57 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Mahir Əmiraslanov finalda Qazaxıstan güləşçisi Jandos İsmayılovla qarşılaşıb. Təmsilçimiz həlledici görüşdə daha yaxşı güləşərək qalib gəlib - 5:4.
Azərbaycanda ipəkçiliyin maddi-texniki bazası yaxşılaşdırılır
Prezident İlham Əliyev Azərbaycanda ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Rusiyanın peyki xarab oldu
Rusiyanın Yerin fəzasında olan süni peyklərindən biri sıradan çıxıb. "Resurs-P3" peyki Yerə informasiya ötürülməsini dayandırıb.
Qəbul imtahanları ilə bağlı xəbərdarlıq
Magistratura və rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün qeydiyyat 22 may saat 23:59-dək davam edəcək. Dövlət İmtahan Mərkəzindən Milli.Az-a verilən xəbərə görə, 19 may saat 17:30-a olan məlumata əsasən magistraturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün 6540 bakalavr proqram seçimini təsdiq edib. 560 bakalavr elektron ərizəsinə daxil olub proqram seçimi etsə də, ərizəsini təsdiq etməyib.
"ÜAK-ın ləğvi siyasi məqsəd güdür"
"Rusiya Ali Məhkəməsinin Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi barədə verdiyi qərar siyasi məqsəd güdür". Bunu Milli Məclisin deputatı Fəzail İbrahimli deyib. Onun sözlərinə görə, ÜAK-ın qeydiyyatının ləğvi Azərbaycana qarşı təzyiq vasitələrindən biridir. Deputat hesab edir ki, ÜAK-ın qeydiyyatının ləğvi həm də Rusiya vətəndaşlarına edilən laqeyd münasibətdir: "Bu, həm də dövlətlərarası münasibətlərə xələl gətirən məsələdir. ÜAK-ın ləğvi nəticəsində Rusiya ilə Azəbaycan arasındakı münasibətlərin tamamilə başa çatması nəticəsinə gəlmək düzgün deyil. ÜAK yaranana qədər də Azərbaycan-Rusiya münasibətləri olub, bundan sonra da olacaq. Bu, siyasi müstəvidə atılmış addımdır. Azərbaycana qarşı təzyiq yoludur".
Məşhur “John Batchelor Show” radio proqramının növbəti verilişində Azərbaycanın uğurlarından danışılıb
ABŞ-ın məşhur radio aparıcılarından olan Con Batçelorun müəllifi olduğu “John Batchelor Show” radio proqramı çərçivəsində Bakıda “Araz” radiosunun studiyasından Azərbaycanın xarici siyasəti, geosiyasi mövqeyi, iqtisadi inkişafı, ölkəmizdəki multikultural və tolerant mühit, elm-təhsil və qadın siyasəti haqqında beş hissədən ibarət veriliş yayımlanıb.
20 yaşlı qız özünü körpüdən atdı
Masallıda 20 yaşlı qadın özünü körpüdən ataraq intihara cəhd edib. Hadisə Masallı şəhəri ilə İsgəndərli kəndini birləşdirən, Viləş çayı üzərindəki körpüdə baş verib. İsgəndərli kəndində yaşayan 1997-ci il təvəllüdlü Ruqayyə İlqar qızı Cavadova özünü körpüdən ataraq intihara cəhd edib.
11 aylıq körpə ipdən sallanmış halda tapıldı
Göyçayda azyaşlı körpənin ölümü ilə bağlı bəzi təfərrüatlar bəlli olub. Çayarxı kənd bələdiyyəsindən lent.az-a verilən məlumata görə, bədbəxt hadisə nəticəsində dünyasını dəyişən Mahmudov Hüseyn Səbuhi oğlu 2016-cı il iyulun 13-də dünyaya gəlib. 11 aylıq imiş. Hüseyn evdə jalüz pərdəylə oynayarkən pərdə ipi onun boğazına dolanıb. Boğulma həddinə çatan körpəyə həkimlər tərəfindən ilkin tibbi yardım göstərilsə də, onu xilas etmək mümkün olmayıb. Hüseyn bu gün dəfn edilib.
Bakı İslam aləminin mayakına döndü
"Oyunlar zamanı bütün savaşlar dayandırılmalı, müharibələrə son qoyulmalıdır. Gücümüzü savaş yox, arenalarda yoxlamalıyıq" - qədim yunan filosofları belə deyirdilər.














