Bakı-2017: Güləşçimizdən qızıl medal

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan sərbəst güləşdə ilk medalını qazanıb. 57 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Mahir Əmiraslanov finalda Qazaxıstan güləşçisi Jandos İsmayılovla qarşılaşıb. Təmsilçimiz həlledici görüşdə daha yaxşı güləşərək qalib gəlib - 5:4.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31