Gündəm
Qarın boşluğundakı piylərdən necə qurtulmalı?
Bu vasitə ilə siz bağırsaqların arasında yığılıb qalmış piylərdən və orqanizminizdəki şlaklardan azad ola bilərsiniz. Stress, pis qidalanma, fiziki hərəkətsizlik, ekoloji amillər enerjinin azalmasına və tez-tez xəstəliklərin baş verməsinə səbəb olur. İllərlə orqanizmdə yığılıb qalmış toksinlər isə iltihabi xəstəliklərə və piylənməyə səbəb olur. Bunların baş verməməsi üçün ən azı ildə bir dəfə bağırsaqları detoksikasiya etmək lazımdır.
İnsanlar 100 il sonra məhv olmasalar, su altında yaşayacaqlar
Yaxın və uzaq gələcəkdə Yer kürəsində həyat qlobal kataklizmlərlə rastlaşacaq. Yer kürəsində baş verəcək iqlim dəyişikliyi və ya başqa qəzalar növbəti milyon il ərzində insan sivilizasiyasının tamamilə məhv olmasına gətirib çıxara bilər.
Teleskoplar kosmosda yığılacaq- VİDEO
Beynəlxalq Kosmik Stansiya göyərtəsində üçölçülü printer hüququna malik “Made In Space” şirkəti orbitdə obyektlərin quraşdırılması üzrə unikal aparat yaradıb. “Archinaut” adlanan qurğu böyük “3D” printeri və elastik kosmik manipulyatoru vahid blokda birləşdirir. Şirkətin baş direktoru Endryu Raşın sözlərinə görə, yeni aparatın oxşar qurğulardan fərqi onun kosmosda böyük obyektləri yığa bilməsindədir ki, onları da kosmosa yığılmış və ya sökülmüş vəziyyətdə göndərmək qeyri-mümkündür.
Sərxoş kişi ilanı qadın sanıb öpdü və olanlar oldu
ABŞ-ın Florida ştatının sakini ilanı öpmək istəyib və nəticədə ilanın hücumuna məruz qalıb. Bu barədə onun dostu jurnalistlərə məlumat verib. Qeyd edib ki, dostu sərxoş imiş. Zınqırovlu, nəhəng ilanı görüb və ona yaxınlaşaraq, qızdan gözəl olduğunu deyib və öpüb. Amma elə qız kimi də inadcıl olan ilan onu öpən kişini cavabsız qoymayıb. Dərhal kişinin dilindən çalıb.
“Android” istifadəçilərinin sayı nə qədərdir?
“Android” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğu istifadəçilərinin sayı 2 milyardı ötüb. Bu barədə “Google” şirkətinin icraçı direktoru Sandar Piçay “Google I/O” proqram tərtibatçıları konfransı zamanı bildirib.
Yeni həll idmançıların ürəkdöyünməsini göstərəcək
Oyunlar tarixində ən innovativ olacağı gözlənilən “Tokio-2020” Olimpiadası ərəfəsində Yaponiyanın texnoloji nəhəngi “Panasonic” stadion və idman tədbirləri üçün orijinal həllərin sınaqlarına başlayıb.
Tanınmış cütlük ikinci dəfə ayrıldı
Aktrisa Hande Erçel aktyor sevgilisi Ekin Mert Daymazdan ayrılıb. Gah küsən, gah barışan cütlük sonuncu dəfə münasibətlərinə fevralda son qoymuşdu. Daha sonra barışan Hande ilə Ekin bu dəfə də yola gedə bilməyiblər. İkinci dəfə ayrılan tanınmışlar İnstagram-da bir-birlərini izləməyi də dayandırıb.
Marsda kassa aparatı tapılıb? - İDDİA
Britaniyanın “ArtAlienTV” şirkətindən olan ufoloqlar Mars planetində “Curiosity” araşdırma aparatı ilə çəkilən şəkildə köhnə kassa aparatını xatırladan sirli bir obyekt aşkar ediblər. Ufoloqlar yenə də iddia edirlər ki, NASA kosmik agentliyinin mütəxəssisləri insanlardan nəyisə gizlədirlər. Bu dəfə konspirologiya nəzəriyyəsinin həvəskarları bildiriblər ki, NASA əməkdaşları bilərəkdən “Qırmızı planet”dən olan görüntüləri pisləşdirirlər ki, adi izləyicilər Marsın üzərində yerləşən digər gözəl əşyaları görə bilməsinlər.
Kosmosda paltaryuyan maşın quraşdırılacaq
Rusiyanın “Energiya” raket-kosmik korporasiyasının mühəndisləri Beynəlxalq Kosmik Stansiyada paltaryuyan maşın quraşdırmağı təklif edirlər. Bu, kosmonavtların paltarları tullamaması, əksinə, onları yuya bilməsi üçün edilir. “Energiya” mühəndislərinin fikrincə, bu addım orbitə göndərilən yüklərin sayını azaltmağa imkan verəcək.
Tarix İnstitutu: “Soyqırımları zamanı Azərbaycanın məruz qaldığı itkilər dəqiqləşdiriləcək”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Elmi Şuranın mayın 19-da keçirilən iclasında institut direktoru, akademik Yaqub Mahmudov tarixçi-alimlərə Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı sərəncamı barədə ətraflı məlumat verib.
Zəif internet sağlamlığa ziyandır
Danimarkalı alimlər qrupu müəyyən edib ki, ləng internet istifadəçilərin sağlamlığı üçün təhlükəli ola bilər. Belə bir nəticəyə mütəxəssislər çoxsaylı təcrübələrin nəticələrinə əsaslanaraq gəliblər. Araşdırmada müxtəlif yaşlı 200 nəfər insan iştirak edib. Könüllülərə bir müddət planşet, noutbuk və smartfonlarla internetdə işləmək təklif edilib. İşin gedişi zamanı mütəxəssislər hər bir iştirakçının sağlamlıq durumunu qeydə alıblar.
Birinci vitse-prezident Mehriban Əliyeva İslamiadada güləşçilərin mükafatlandırma mərasimində iştirak edib
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında 57 kq çəki dərəcəsində qalib gələn sərbəst güləşçilərin mükafatlandırma mərasimi keçirilib. Qaliblərə medalları Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva təqdim edib. Bu çəkidə idmançımız Mahir Əmiraslanov birinci olub. Mükafatlandırmadan sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.
Kişilər xəstəliyi niyə qadınlardan daha ağır keçirirlər?
Məlumdur ki, kişilər xəstəliyi qadınlara nisbətən daha ağır keçirirlər. Güclü cinsin təmsilçiləri ən yüngül xəstəliyin qarşısında belə zəifləyirlər. Bunun səbəbi heç də düşünüldüyü kimi kişilərin dözümsüzlüyündə deyilmiş.
Alimlər dünyada ən nazik holoqram yaradıblar
Avstraliya və Çindən olan alimlər komandası insan saçından 1000 dəfə nazik holoqram yaratmağa nail olublar. Alimlərin qənaətincə, bu ixtira 3D holoqramların smartfon, kompüter və televizorlar daxil olmaqla məişət elektronikasına tətbiqinə imkan verəcək.
Bakı-2017: Təmsilçilərimiz suya tullanma yarışında 3-cü oldular
Azərbaycan Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının suya tullanma yarışında növbəti medalını qazanıb. Təmsilçilərimiz - Artyom Danilov və Dmitri Sorokin cütlüyü 3 m tramplindən sinxron tullanma yarışında 297.90 xalla üçüncü olub. İramn təmsilçiləri qızıl (334.08), indoneziyalılar isə gümüş (330.30) medala sahib olublar.














