Bakı-2017: Təmsilçilərimiz suya tullanma yarışında 3-cü oldular
Azərbaycan Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının suya tullanma yarışında növbəti medalını qazanıb. Təmsilçilərimiz - Artyom Danilov və Dmitri Sorokin cütlüyü 3 m tramplindən sinxron tullanma yarışında 297.90 xalla üçüncü olub. İramn təmsilçiləri qızıl (334.08), indoneziyalılar isə gümüş (330.30) medala sahib olublar.
19 May 2017 18:55 İdmanAzərbaycan Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının suya tullanma yarışında növbəti medalını qazanıb. Təmsilçilərimiz - Artyom Danilov və Dmitri Sorokin cütlüyü 3 m tramplindən sinxron tullanma yarışında 297.90 xalla üçüncü olub. İramn təmsilçiləri qızıl (334.08), indoneziyalılar isə gümüş (330.30) medala sahib olublar.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.