2017-ci ilin I rübündə 100 minə yaxın ağac və kol bitkisi əkilib

"Azəravtoyol" ASC-nin tabeliyindəki Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-lərinin kollektivləri tərəfindən respublikanın avtomobil yollarının mühafizə zolaqlarının yaşıllaşdırılması tədbirləri davam etdirilir.

"Azəravtoyol" ASC-nin tabeliyindəki Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-lərinin kollektivləri tərəfindən respublikanın avtomobil yollarının mühafizə zolaqlarının yaşıllaşdırılması tədbirləri davam etdirilir. "OLAYLAR"-ın xəbərinə görə, bu çərçivədə 2017-ci ilin I rübündə magistral və respublika əhəmiyyətli avtomobil yollarının mühafizə zolaqlarına 94600 ədəd müxtəlif növ ağac və kol bitkisi əkilib. Cari ildə Bakı Dairəvi avtomobil yolunda 3 min ədəd, Zığ dairəsi - Hava Limanı avtomobil yolunda 8 min ədəd ağac və kol bitkisi, 2 min ədəd gül kolu əkilib. Bu yaşıllıq sahələrinə su xətləri çəkilib, damla üsulu ilə suvarma sistemləri quraşdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31