“AtaSığorta” ASC-nin Sumqayıtda yeni filialı açıldı
“AtaSığorta” ASC-nin Sumqayıtda yeni filialı açılıb. “OLAYLAR”-ın xəbərinə görə, “AtaSığorta”ASC-nin İdarə Heyətinin Üzvü - Sığorta Xidmətləri Departamentinin direktoru Qoşqar Həsənov bildirib ki, müştərilərimizə daha yaxın olmaq və onlara yüksək xidmətlər göstərmək məqsədilə Sumqayıt şəhərində (Heydər Əliyev prospekti, 16-cı məhəllə ünvanında) yeni bir filialını açdıq.
19 May 2017 14:59 Sosial"AtaSığorta" ASC-nin Sumqayıtda yeni filialı açılıb. "OLAYLAR"-ın xəbərinə görə, "AtaSığorta"ASC-nin İdarə Heyətinin Üzvü - Sığorta Xidmətləri Departamentinin direktoru Qoşqar Həsənov bildirib ki, müştərilərimizə daha yaxın olmaq və onlara yüksək xidmətlər göstərmək məqsədilə Sumqayıt şəhərində (Heydər Əliyev prospekti, 16-cı məhəllə ünvanında) yeni bir filialını açdıq. Belə ki, 2013-cü - 2018 - ci illər üzrə şirkətin strateji planına uyğun olaraq regionlarda filiallar, nümayəndəliklər, satış ofislərini və agent şəbəkəsinin genişləndirilməsinə başlanılıb. Nəticədə, 7 filial, 6 nümayəndəlik, 34 satış ofisi və 55 lisenziyalı sığorta vasitəçiləri bizimlə müştərilərə yaxından xidmət göstərir. 2018 - ci ilin sonuna qədər sığorta şirkəti öz strateji inkşaf xəttinə uyğun olaraq, Bakı şəhəri daxil olmaqla bütün regional ərazilər üzrə böyüməsini davam etdirəcək. May ayından başlayaraq yeni 11 filial və nümayəndəlik açılacaq. 2017-ci ilin sonuna qədər filial və nümayəndəliklərimizin sayı 24-ə çatacaqdır. Həmçinin, lisenziyalı sığorta vasitəçilərimizin sayını 100 çatdırılmasını planlaşdırırıq.