Bölgələrdə tibb işçilərinin Hüquqi Maarifləndirilməsinə dair treninq
Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 4.1.1-ci yarım bəndinin icrası məqsədi ilə “Vətəndaşların müraciətləri haqqında” qanununun tələblərinin yerinə yetirilməsi və bu işdə şəffaflığın və vahid metodologiyanın tətbiqinin təmin etmək məqsədi ilə treninqlərə davam etdirilir. Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Tibb İşçilərinin Hüquqi Maarifləndirilməsinə Yardım İctimai Birliyi tərəfindən Bakı şəhərində və Siyəzən, Quba,Qazax, Tovuz və Şəmkir rayonlarında təşkil olunmuş treninqlərdən sonra Kürdəmir və Şamaxı rayonlarında da belə treninqlər təşkil olunub.
19 May 2017 14:46 SosialPrezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nın 4.1.1-ci yarım bəndinin icrası məqsədi ilə "Vətəndaşların müraciətləri haqqında" qanununun tələblərinin yerinə yetirilməsi və bu işdə şəffaflığın və vahid metodologiyanın tətbiqinin təmin etmək məqsədi ilə treninqlərə davam etdirilir. Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Tibb İşçilərinin Hüquqi Maarifləndirilməsinə Yardım İctimai Birliyi tərəfindən Bakı şəhərində və Siyəzən, Quba,Qazax, Tovuz və Şəmkir rayonlarında təşkil olunmuş treninqlərdən sonra Kürdəmir və Şamaxı rayonlarında da belə treninqlər təşkil olunub.
Nazirlikdən "Olaylar" - a bildirlib ki, treninq tibb işçilərini hüquq və vəzifələrinə dair maarifləndirilməsi, şikayətlərin hüquqi həllinə, tibb işçilərinin öz hüquqları ilə yanaşı pasiyent hüquqlarının da lazımi səviyyədə öyrənməsinə, onlarla düzgün ünsiyyətin qurulması baxımından böyük əhəmiyyət kəsb edir. Tibb işçilərinin hüquq və vəzifələri, həmin hüquqların müdafiəsinin həyata keçirilməsi habelə şikayətlərin araşdırma taktikasına dair praktiki tövsiyələr haqqında mühazirələrlə Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov,Tibb İşçilərinin Hüquqi Maarifləndirilməsinə Yardım İctimai Birliyinin nümayəndələri və s. çıxış ediblər.
Treninqlərin digər regionlarda keçirilməsi nəzərdə tutulub.