Gündəm
Hərbi ekspert: “Aprel döyüşləri yenidən təkrarlana bilər”
“Ermənistanın təxtibatçı əməlləri cəbhə xəttində yenidən təkrarlanır. Bu mənada hesab edirəm ki, aprel döyüşləri yenidən ola bilər”. Bunu ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib.
"Bakı-2017": Türkiyə stolüstü tennisçisi finala vəsiqə qazandı
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis idman növünün qadınlar arasında fərdi yarışlarında yarımfinal mərhələsinin ilk oyunu başa çatıb. Bu oyunda Azərbaycan təmsilçisi Miao Vang Türkiyə idmançısı Melek Hu ilə qarşılaşıb. Matçda Türkiyə stolüstü tennisçisi 4:1 (11:1, 11:7, 9:11, 11:6, 14:12) hesabı ilə qalib gəlib və finala vəsiqə qazanıb.
Faiq Qarayev: "Vətənimizdə qızıl medal qazandığımız üçün çox xoşbəxtik"
"Belə möhtəşəm yarışda iştirak etmək arzumuz idi. Hər kəs bizdən qızıl medal gözləyirdi". Bunu "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Faiq Qarayev deyib.
İŞİD Suriyada qətliam törətdi: 51 nəfər öldürüldü
İŞİD terrorçularının Suriyanın Səlamiyə şəhəri yaxınlığında yerləşən Akareb kəndinə hücum etməsi nəticəsində 51 dinc sakin ölüb. Bu barədə “Sputnik” agentliyi məlumat yayıb. Qətliam nəticəsində 100-dən çox insanın yaralandığı bildirilib.
"Skype"la bağlı məhdudiyyətlərin nəticəsi necə ola bilər?
“Son zamanlarda bir çox internet istifadəçilərimiz, hətta texnologiyalardan uzaq olanlar da internet resurslara giriş üçün VPN texnologiyalar, anonim serverlər, anonim şəbəkələr və TOR brouzerlərlə maraqlanmağa başlayıblar”. Bunu "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
Elşən Musayev: “Azərbaycan hər zaman bütün dünyaya açıq olub”
“Ümumiyyətlə dünyadan, beynəlxalq aləmdən təcrid olmaq istəyən ölkələr heç vaxt IV İslam Həmrəyliyi Oyunları kimi yarışlara önəm verməzlər. Beynəlxalq diqqətdən yayınmaq istəyənlər, siyasətində qüsur olanlar heç zaman belə beynəlxalq tədbirlərə maraq göstərməzlər”. Bunu millət vəkili Elşən Musayev deyib.
Mirşahinin qardaşı həbs edildi - Məhkəmə qərarı
Fəaliyyəti dayandırılmış ANS Şirkətlər Qrupunun vitse-prezidenti, tanınmış jurnalist Mirşahin Ağayevin qardaşı həbs olunub. Mirəddin Ağayev dələduzluqda ittiham edilir. Məlumata görə Mirəddin Ağayev barəsində istintaq hələ ötən ilin noyabrında başlayıb.
Daha bir güləşçimiz vaxtından əvvəl qalib gəldi - Bakı-2017
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında daha bir güləşçimiz yarımfinala yüksəlib. İdmançımız Nurməhəmməd Hacıyev (97 kq) 1/4 finalda türkmənistanlı Yusup Melejayevlə üz-üzə gəlib. Güləşçimiz rəqibinə vaxtından əvvəl qalib gəlib - 11:1.
"Qalatasaray" Türkiyədə birincidir
"Qalatasaray" tvitterdə ən çox izləyicisi olan türk klubudur. 7 milyon izləyiciyə malik səhifə ümumi sıralamada 9-cudur. 2009-cu ilin martında fəaliyyətə başlayan tviter səhifəsi son 3 ildə 4.5 milyon istifadəçi cəlb edib. "Sarı qırmızılar" ötən il "Sosial şəbəkədən ən yaxşı ən yaxşı istifadə edən idman klubu" mükafatına layiq görülmüşdü.
Basketbol 3x3 yarışlarının ilk günündə Azərbaycanın kişi və qadın komandaları qalib gəliblər
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında basketbol 3x3 yarışlarına start verilib. Yarışların birinci günündə 18 oyun keçirilib. Qadınların yarışında 8, kişilərin mübarizəsində isə 10 qarşılaşma oynanılıb.
"ÜAK-ın ləğvi iki ölkə münasibətlərinin yaxşılaşmasından narahat olan qüvvələrin sifarişidir"
Rusiya Ali Məhkəməsi tərəfindən Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi narahatlıq doğurur. Bu barədə millət vəkili Tahir Mirkişili deyib.
Orta məktəbdə kütləvi zəhərlənmə
Çinin paytaxtında kütləvi zəhərlənmə baş verib. İçdikləri sudan zəhərlənən şagirdlər təcili xəstəxanaya aparılıb. Mərkəzi xəstəxanaya yüksək dərəcəli temperatur və ishal şikayətləri ilə 381 şagird daxil olub.
İncirlik əvəzində 480 nəfər... - Danışıqların pərdəarxası detalları AÇILDI
Almaniyanın xarici işlər naziri Siqmar Qabriel İncirlik böhranın pərdəarxasını izah edib. Vaşinqtona səfəri zamanı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində (CSIS) çıxışında İncirlik böhranının həlli üçün Türkiyənin irəli sürdüyü şərti açıqlayıb.
Azərbaycanda əcnəbilərin sürücülük vəsiqəsini dəyişdirməsinə dair yeni tələb müəyyənləşdirilib
Nazirlər Kabineti “Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edib.
Bu il nikaha daxil olmaq istəyən 11 nəfərdə İİV infeksiyası aşkarlanıb
Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən bu il mart ayının sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 5269 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır. Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru vəzifəsini icra edən Esmira Alməmmədova deyib ki, onlardan 3796-sı kişi, 1473-ü qadındır. E. Alməmmədova bildirib ki, bu müddətdə QİÇS mərhələsində olan vətəndaşların sayı 1383 nəfər, İİV infeksiyasından dünyasını dəyişmiş vətəndaşların sayı isə 828 nəfər olub.














