"Bakı-2017": Türkiyə stolüstü tennisçisi finala vəsiqə qazandı
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis idman növünün qadınlar arasında fərdi yarışlarında yarımfinal mərhələsinin ilk oyunu başa çatıb. Bu oyunda Azərbaycan təmsilçisi Miao Vang Türkiyə idmançısı Melek Hu ilə qarşılaşıb. Matçda Türkiyə stolüstü tennisçisi 4:1 (11:1, 11:7, 9:11, 11:6, 14:12) hesabı ilə qalib gəlib və finala vəsiqə qazanıb.
19 May 2017 12:32 İdman"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis idman növünün qadınlar arasında fərdi yarışlarında yarımfinal mərhələsinin ilk oyunu başa çatıb. Bu oyunda Azərbaycan təmsilçisi Miao Vang Türkiyə idmançısı Melek Hu ilə qarşılaşıb. Matçda Türkiyə stolüstü tennisçisi 4:1 (11:1, 11:7, 9:11, 11:6, 14:12) hesabı ilə qalib gəlib və finala vəsiqə qazanıb.
Digər yarımfinal oyununda isə Azərbaycan təmsilçisi Zhing Ning ilə İran idmançısı Neda Şahsavari final uğrunda mübarizə aparacaq. Sia.az