Gündəm
AYB-də Şair Ağaveyis Şirvaninin 75 illiyi münasibətilə tədbir keçiriləcək
Mayın 24-ü, saat 14.00-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan Klubunda şair Ağaveyis Şirvaninin 75 illik yubileyi, yaradıcılığının 60 illiyili və son kitabı “Sağalan deyil”lə bağlı tədbir keçiriləcək. Görüşdə tanınmış qələm adamları və ziyalıların iştirakı nəzərdə tutulur.
Dağlıq Qarabağ tənzimlənməsi ətrafında dəyişiklik olsa da ATƏT MQ-nin iş metodları dəyişməz qalıb
Son 20 il ərzində ən az dəyişikliyin olduğu istiqamət məhz Dağlıq Qarabağ probleminin tənzimlənməsidir. Dağlıq Qarabağ münaqişəsi ətrafında geosiyasi, iqtisadi, hərbi proseslərdə isə kifayət qədər ciddi dəyişikliklər baş verib.
Daxili İşlər Nazirliyində yeni TƏYİNAT
Daxili işlər orqanlarında yeni təyinat olub. Polis polkovniki Canpolad Daanov Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsinin rəisi vəzifəsindən azad olunaraq DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.
Aydın Mirzəzadə: “İslam təkcə inkişaf məsələsi deyil”
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkənin inkişafını idmanla bağlaması tamamilə düzgündür. Hər bir ölkənin inkişafında idman faktoru çox böyük rol tutur”. Bunu millət vəkili Aydın Mirzəzadə deyib.
Ramazan ayının TƏQVİMİ – CƏDVƏL
Bu il Azərbaycanda Ramazan ayı Miladi təqvimlə mayın 27-də başlayacaq. Qafqaz Müsəlmanları İdarəsinin tərtib etdiyi Ramazan təqvimini təqdim edirik.
"Qarabağ" 900 min avroya italiyalı hücumçu alır
"Qarabağ" klubunun transfer etmək istədiyi daha bir futbolçunun adı müəyyənləşib. Bu, hazırda İtaliya B Seriyasında "Trapani" komandasında çıxış edən hücumçu Nikola Çitrodur.
İngiltərə bu qadından danışır - Terror zamanı qaçan uşaqları...
İngiltərə mediası Mançesterdə baş verən partlayış sonrası yaranan qarmaqarışıqlıqda uşaqları bir-bir hadisə yerindən uzaqlaşdıraraq ailələrinə təhvil verən Paula Robinsondan danışır.
Bişkekin mərkəzində bomba həyəcanı
Qırğızıstanın paytaxtı Bişkekin mərkəzində əldəqayırma partlayıcı qurğunun mulyajı aşkar edilib. Səhər saatlarında şəhər milisinin növbətçi hissəsinə Milli Filarmoniyanın yaxınlığında şübhəli əşya olması ilə bağlı anonim zəng daxil olub. Əraziyə cəlb edilən Daxili İşlər Nazirliyi və Dövlət Komitəsinin əməkdaşları "şübhəli qutu"nu tapıblar. Partlayıcı qurğunun mulyajı zərərsizləşdirilib. Araşdırma davam edir.
London aeroportunda terror aktı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
Londonun “Stansted” aeroportunda terror aktı törətməkdə şübhəli bilinən 37 yaşlı kişi saxlanılıb. Bu barədə “Skotland Yard”ın bəyanatında bildirilir. Məlumata görə, saxlanılma Mançesterdə törədilən terror aktı ilə əlaqəli deyil. Şübhəli şəxs mayın 23-nə keçən gecə Türkiyəyə uçan təyyarəyə minərkən saxlanılıb. Saxlanılma onun bir müddət əvvəl Suriyaya etdiyi səfərlə bağlıdır. Polis əməkdaşlarının hazırda Londonun şimalındakı iki ünvanda axtarış keçirdiyi bildirilir.
PKK-çılarla atışma: yaralı hərbçilər var
Türkiyənin Tunceli vilayətinin Çiçəkli bölgəsində jandarm qüvvələrinin apardığı əməliyyat zamanı PKK terrorçuları ilə atışma olub. Atışma zamanı terrorçuların daha öncə yerdə quraşdırdığı iki partlayıcı qurğunun işə düşməsi nəticəsində iki hərbçi xəsarət alıb. Yaralıların həyati təhlükəsi olmadığı bildirilir.
Raqif Abbasov: “Azərbaycanın “Bakı-2017”dəki uğurları növbəti qələbələrə zəmin yaradır”
“Bakı şəhəri İslam dünyasını əhatə edən böyük idman bayramına ev sahibliyi etdi. “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları böyük və yaddaqalan tarixi hadisə oldu”. Bunu Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.














