Gündəm
"Huffington Post": Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi sayəsində ölkədəki tədbirlərin böyük uğuru təmin olunub
Bütün dünyanın diqqətinin Donald Trampın Səudiyyə Ərəbistanının liderlərinə müraciətinə yönəldiyi bir vaxtda, digər müsəlman ölkəsində böyük beynəlxalq tədbir keçirilib. Bu, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun “Huffington Post” qəzetində dərc olunan məqaləsində yer alıb.
QMİ sədri: “Ramazanda iftardan əvvəl məclislərdə iştirak edən imam və axundlar işdən çıxarılacaq”
Qafqaz MÜsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə axund və imamlara, ümumiyyətlə, bütün dindarlara Ramazan ayında iftardan əvvəl məclislərdə iştirak etməmək barədə xəbərdarlıq edib.
Türkiyəyə qadın aparan insan alverçisinin məhkəməsi başlayıb
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində azərbaycanlı qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoymaqda təqsirləndirilən Tovuz rayon sakini Səkinə Zamanovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Rövşən Rzayev: “Prezidentlər arasında bir-birinə qarşı etibarlı yanaşma var”
“Ümumiyyətlə Azərbaycan-Rusiya münasibətləri həmişə olduğu kimi yüksələn xətlə inkişaf edəcək. Əgər vaxtilə hər iki ölkənin münasibətləri çox isti və inkişaf edən münasibətlər adlanırdısa, bu gün artıq strateji və tərəfdaşlıq adlanır. Yəni bu istiqamət öz axarı ilə gedəcək”. Bunu millət vəkili Rövşən Rzayev deyib.
QMİ sədri: “Dindarlar özbaşına bəyanat verməsinlər”
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə axund və imamlara, digər din xadimlərinə çıxış və xütbələrində başqa ölkələrdə baş verənlərə hadisələrə toxunmamaqla bağlı xəbərdarlıq edib.
Baş həkimin müavini: “Ölkədə dağınıq skleroz xəstəliyinə daha çox cavan və orta yaşlılarda rast gəlinir”
"Dağınıq skleroz xəstəliyi dünya, o cümlədən də Azərbaycan səhiyyəsi üçün aktual məsələdir". Bunu akademik M. Mirqasımov adına Respublika Klinik Xəstəxanasında (RKX) 25 may - Beynəlxalq Dağınıq Skleroz günü münasibətilə keçirilən tədbirdə RKX-nın baş həkiminin müavini Mahir Babayev deyib.
Britaniya səfiri: “Terrorizm heç vaxt qalib gələ bilməyəcək”
“Terrorizm heç zaman qalib gəlməyəcək. Biz qalib gələcəyik”. Bunu jurnalistlərə açıqlamasında Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Krofts deyib. O bildirib ki, 2 gün əvvəl Mançesterdə terrorçu da daxil olmaqla, 22 nəfərin ölümü ilə nəticələnən terror aktı baş verib: "Hadisə zamanı 59 nəfər xəsarət alıb və onların içərisində həyati təhlükəsi olanlar var. Azərbaycan prezidenti İlham Əliyev və xarici naziri Elmar Məmmədyarov Britaniya hökumətinə başsağlığı verən ilk liderlərdəndir. Biz bunu yüksək qiymətləndiririk. Bu dəhşətli hücuma baxmayaraq, biz başımızı uca tuturuq”.
QMİ Ramazan təqvimindən istifadə ilə bağlı dindarlara xəbərdarlıq edib
"Digər mənbələrdən daxil olmuş, təxribat və təfriqə xarakterli, məzhəb və vaxt ayrı-seçkiliyinə səbəb ola biləcək təqvimlərin din xadimləri və dindarlar tərəfindən istifadəsi yolverilməzdir". Bu barədə Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Ramazan ayının başlanması ilə bağlı verdiyi Fətvada deyilir.
Azərbaycan yeni zəfərə imza atdı
IV İslam Həmrəyliyi Oyunları başa çatsa da, lakin hələ də bu oyunlar barədə müzakirələr aparılır, Azərbaycanın bu yarışlara yüksək səviyyədə evsahibliyi etməsi barədə müsbət fikirlər səsləndirilir. Əksəriyyət xarici ölkə mediası, televiziya və radioları da IV İslam Həmrəyliyi Oyunlarının möhtəşəm şəkildə təşkilindən yazır, buna görə Azərbaycana təşəkkür ifadə edilir. Birmənalı olaraq qeyd edilir ki, Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etmək və onu yüksək səviyyədə həyata keçirməklə daha bir tarix yazdı.
Araz Əlizadə kimin (d)ayısıdır?
Adətən hər bir cəmiyyətdə ona xas olmayan ünsürlər, fərdlər olur. Belə ünsürlər bir qayda olaraq fəaliyyətlərini yalnız mənfi köklər üzərində qurduğundan elə cəmiyyətin mütləq əksəriyyəti tərəfindən onlar bir qayda olaraq anormal insan kimi qəbul edilirlər. Çünki həmin fərdlər hansı vəzifəni, siyasi postu tutmasından asılı olmayaraq hər zaman öz anormal hərəkətləri ilə diqqət çəkirlər. Belə ünsürlərdən biri də hər kəsin yaxşı tanıdığı Əlizadə qardaşlarıdır.
Aydın Dadaşov adına təqaüd
Bağlanış mərasimi zamanı 23164 sərnişin stadion ərazisinə daşınıb
IV İslam Həmrəyliyi Oyunlarının Bağlanış mərasimi günü üç ekspress xətt üzrə müəyyən olunmuş istiqamətlərdən (metronun “20 yanvar”, “Gənclik” və “Qara Qarayev” stansiyaları yaxınlığındakı dayanacaqlardan) biletli tamaşaçıların Bakı Olimpiya Stadionuna, eləcə də mərasim bitdikdən sonra geri daşınması 02:00-dək Bakı Nəqliyyat Agentliyi tərəfindən təmin edilib. Bu barədə məlumat “OLAYLAR”-a BNA-nın ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən daxil olub.
Məktəblilər hərbi dənizçilərin qonağı olub
Bakı şəhəri Nəsimi rayonu 164 nömrəli tam orta məktəbin şagirdləri Hərbi Dəniz Qüvvələri bazasını ziyarət ediblər. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, hərbi hissə və təlim gəmisinə baş çəkən məktəblilər matroslarla görüşüb, onların məşqlərini izləyib və sosial-məişət şəraitləri ilə tanış olublar. Şagirdlər şəxsi heyət qarşısında vətənpərvərlik şeirləri və mahnılarından ibarət konsert proqramı ilə çıxış ediblər. Sonda xatirə fotosu çəkdirilib.
Paytaxt məktəbliləri IV İslam Həmrəyliyi Oyunlarında qalib olublar
Ölkəmizdə keçirilən “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin şagirdləri uğurla iştirak edərək qalib olublar. “OLAYLAR”-a daxil olan məlumata görə, paytaxtdakı 138 nömrəli məktəbin XI sinif şagirdi Roman Heydərov karate idman növü üzrə I yeri tutaraq qızıl medalın sahibi olub. Bakı şəhəri 277 nömrəli məktəbin XI sinif şagirdi Jalə Piriyeva bədii gimnastika üzrə 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıb. Həmin məktəbin X sinif şagirdi Zöhrə Ağamirova bədii gimnastika üzrə qızıl medala layiq görülüb.
Qaraçuxur qəsəbəsində daha bir küçə təmir olunur
Vətəndaşların rahat gediş-gəlişini təmin etmək üçün aparılan kompleks tədbirlər çərçivəsində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi Etibar Bəkirov küçəsinin əsaslı şəkildə yenidən qurulması işlərinə start verilib. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə həyata keçirilən işlər küçənin İlqar Musayev küçəsi ilə kəsişməsinədək olan 1.9 km-lik hissəsində aparılır.














