Qaraçuxur qəsəbəsində daha bir küçə təmir olunur

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək üçün aparılan kompleks tədbirlər çərçivəsində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi Etibar Bəkirov küçəsinin əsaslı şəkildə yenidən qurulması işlərinə start verilib. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə həyata keçirilən işlər küçənin İlqar Musayev küçəsi ilə kəsişməsinədək olan 1.9 km-lik hissəsində aparılır.

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək üçün aparılan kompleks tədbirlər çərçivəsində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi Etibar Bəkirov küçəsinin əsaslı şəkildə yenidən qurulması işlərinə start verilib. "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə həyata keçirilən işlər küçənin İlqar Musayev küçəsi ilə kəsişməsinədək olan 1.9 km-lik hissəsində aparılır. Təmir-tikinti işləri aparılan yolun 1.4 km-lik hissəsində yolun hərəkət hissəsinin eni genişləndirilərək 9 metr, qalan 500 m-lik hissədə isə 12 metr təşkil edəcək. Layihəyə uyğun olaraq yeraltı kommunikasiya xətlərinin keçirilməsi üçün 6 yerdə ehtiyyat keçidlər salınacaq, 15 ədəd kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunacaq, yağış sularını ötürmək üçün 7 ədəd yağış barmaqlıqları qoyulacaq, həmçinin 6 yerdə yolun altından dəmir-beton borular da quraşdırılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31