Bağlanış mərasimi zamanı 23164 sərnişin stadion ərazisinə daşınıb

IV İslam Həmrəyliyi Oyunlarının Bağlanış mərasimi günü üç ekspress xətt üzrə müəyyən olunmuş istiqamətlərdən (metronun “20 yanvar”, “Gənclik” və “Qara Qarayev” stansiyaları yaxınlığındakı dayanacaqlardan) biletli tamaşaçıların Bakı Olimpiya Stadionuna, eləcə də mərasim bitdikdən sonra geri daşınması 02:00-dək Bakı Nəqliyyat Agentliyi tərəfindən təmin edilib. Bu barədə məlumat “OLAYLAR”-a BNA-nın ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən daxil olub.

IV İslam Həmrəyliyi Oyunlarının Bağlanış mərasimi günü üç ekspress xətt üzrə müəyyən olunmuş istiqamətlərdən (metronun "20 yanvar", "Gənclik" və "Qara Qarayev" stansiyaları yaxınlığındakı dayanacaqlardan) biletli tamaşaçıların Bakı Olimpiya Stadionuna, eləcə də mərasim bitdikdən sonra geri daşınması 02:00-dək Bakı Nəqliyyat Agentliyi tərəfindən təmin edilib. Bu barədə məlumat "OLAYLAR"-a BNA-nın ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən daxil olub. Bildirilib ki, plana əasaən nəzərdə tutulan nəqliyyat əməliyyatları üçün Bakı Olimpiya Stadionunun İctimai Nəqliyyat Terminalına ümumilikdə 433 nəqliyyat vasitəsi cəlb olunub. 36 avtobus isə ehiyat olaraq hazır vəziyyətdə saxlanılıb. Saat 09:00-dan 12:00-dək ekspress xətt üzrə hərəkət edəcək avtobuslar texniki müayinədən keçirilərək Bakı Olimpiya Stadionunun İctimai Nəqliyyat Terminalına toplanıb və sürücülərin tibbi müayinədən keçirilməsi yerinə yetirilib. Nəticədə, 7 nəfər sürücü yüksək təzyiqi səbəbindən xətdən kənarlaşdırılıb. Bağlanış mərasimi zamanı 23164 sərnişin stadion ərazisinə, mərasim bitdikdən sonra isə 22651 sərnişin stadiondan təyin olunmuş məntəqələrə daşınıb. Bununla yanaşı, metronun H.Aslanov stansiyası yaxınlığında bir nəfər könüllü BNA əməkdaşları tərəfindən minik avtomobili ilə Buzovna qəsəbəsinə yola salınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31