Araz Əlizadə kimin (d)ayısıdır?
Adətən hər bir cəmiyyətdə ona xas olmayan ünsürlər, fərdlər olur. Belə ünsürlər bir qayda olaraq fəaliyyətlərini yalnız mənfi köklər üzərində qurduğundan elə cəmiyyətin mütləq əksəriyyəti tərəfindən onlar bir qayda olaraq anormal insan kimi qəbul edilirlər. Çünki həmin fərdlər hansı vəzifəni, siyasi postu tutmasından asılı olmayaraq hər zaman öz anormal hərəkətləri ilə diqqət çəkirlər. Belə ünsürlərdən biri də hər kəsin yaxşı tanıdığı Əlizadə qardaşlarıdır.
24 May 2017 12:04 SiyasətMillət vəkili prezidentə qarşı
Adətən hər bir cəmiyyətdə ona xas olmayan ünsürlər, fərdlər olur. Belə ünsürlər bir qayda olaraq fəaliyyətlərini yalnız mənfi köklər üzərində qurduğundan elə cəmiyyətin mütləq əksəriyyəti tərəfindən onlar bir qayda olaraq anormal insan kimi qəbul edilirlər. Çünki həmin fərdlər hansı vəzifəni, siyasi postu tutmasından asılı olmayaraq hər zaman öz anormal hərəkətləri ilə diqqət çəkirlər. Belə ünsürlərdən biri də hər kəsin yaxşı tanıdığı Əlizadə qardaşlarıdır.
Azərbaycan cəmiyyətinə siyasətçi kimi sırınan zamandan etibarən Əlizadə qardaşları yalnız və yalnız mənfi imicləri, siyasi gedişləri ilə yadda qalıb. 1988-ci ildən başlayan milli azadlıq hərəkatlarına Rusiyanın agenti kimi yerləşdirilən əlizadələr o vaxtdan bu günə qədərki fəaliyyətlərində (əgər buna fəaliyyət demək mümkündürsə) ancaq bir hədəf seçiblər. Milli azadlıq hərəkatını gözdən salmaq, onun iştirakçılarını aşağılamaq, həmin tarixi şəxsiyyətlər barədə mənfi rəy formalaşdırmaq. Hazırda da əlizadələrin bu antimilli fəaliyyəti davam edir. Sanki əlizadə qardaşları "daha çox kim cəmiyyəti aşağılaya bilər" yarışına girib. Uzun illər təmsil olunduqları partiya kreslosunu bölə bilməyən, bu səbəbdən düşmənə çevrilən bu qardaşlar indi də ağalarının xoşuna getmək üçün cəmiyyəti aşağılamaq yarışına qoşulublar. Bunun qarşılığında isə kim daha çox təşəkkür alacaq. Ancaq görünən odur ki, qardaşlardan Araz Əlizadə daha çox "aktivdir" və Moskvadakı ağalarından "sağ ol" kəlməsini eşitmək üçün hər cür mənəviyyatsızlığa hazırdır. Elə Araz Əlizadənin son bir neçə ayda verdiyi açıqlamalar bunu təsdiqləyir. Diqqət edək. İlk olaraq o, Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyi hədəf seçdi. Onun fəaliyyətini kəskin tənqid edərək, hətta mərhum prezidenti aşağılamaqdan belə çəkinmədi. Təbii ki, layiqli cavabını da aldı. Əslində Elçibəyi hədəf seçməsi təbii və anlaşılan idi. Nədən ki, məhz Əbülfəz Elçibəy zamanında əlizadə qardaşlarının mərkli planlarının gerçəkləşməsinə əngəl olmuş, onların cəmiyyət üçün nə dərəcədə təhlükəli ünsür olduğunu ortaya çıxarmışdı. Ona görə də əlizadələrin Elçibəylə tarixi köklərə bağlı düşmənçiliklərini nəzərə alaraq mərhum prezidentə qarşı olan münasibəti başa düşmək olardı. Ona görə də əksəriyyət milli azadlıq hərəkatı iştirakçıları "it hürər, karvan keçər" prinsipinə üstünlük verdi.
Ancaq son günlər Araz Əlizadənin verdiyi daha bir qalmaqallı açıqlama sübut etdi ki, itin qulağı kəsilmədikcə, o daha da qudurğan olur və cəmiyyət üçün ciddi təhlükəyə çevrilir. Məlumat üçün qeyd edək ki, Araz Əlizadə bu dəfə başından daha böyük səhvə yol verərək Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadəyə dil uzadıb. O, iddia edib ki, Məmməd Əmin Rəsulzadə Azərbaycan üçün heç nə etməyib. Birincisi, Məmməd Əmin Rəsulzadəyə qiymət vermək, onun fəaliyyətini təftiş etmək haqqını Araz Əlizadə kimi antimilli ünsürlərə heç kim verməyib. Həm də Araz Əlizadə nə siyasi savadı, nə də dünyagörüşü baxımından Məmməd Əmin Rəsulzadəyə qiymət vermək iqtidarında deyil. Digər tərəfdən birisinə qiymət verərkən, adətən insan ilk növbədə öz fəaliyyətinə diqqət yetirər, cəmiyyət, xalq üçün nələr etdiyini, ona hansı faydanı verdiyini müəyyənləşdirdikdən sonra başından böyük işlərə girişər. Hər kəsə məlumdur ki, Araz Əlizadə Milli Məclisin deputatıdır. Adətən millət vəkilləri də parlamentin iclasıarında gündəliyə çıxarılan məsələlərlə bağlı fikirlərini bildirir, təklif və iradlarını ifadə edirlər. Ancaq biz Milli Məclisin iclaslarına diqqət etdikdə Araz Əlizadəni yalnız susqun halda müşahidə edirik. Əgər millət vəkili layiq olmadığı bir qurumda yalnız sakit şəkildə oturmağı, ən azı seçicilərinin belə səsini orada qaldırmağı bacarmırsa, o zaman hansı halda kimlərinsə fəaliyyətini təftiş etməyə cəhd göstərir?
Və nəhayət, gələk Araz Əlizadənin sayıqlamalarının təsadüf etdiyi tarixə. Bu həmin tarixdir ki, Azərbaycan xalqı Cümhuriyyətin 99 illik yubileyinə hazırlaşır və onu yüksək səviyyədə qeyd edəcək. Paralel olaraq bu günlərdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin təntənəli şəkildə qeyd edilməsi barədə sərəncam imzalayıb. O zaman ortaya maraqlı bir sual çıxır. Belə bir ərəfədə Araz Əlizadə Azərbaycan Xalq Cümhuriyyəti və onun qurucusunu hədəf seçməklə nə demək istəyir? Millət vəkilinin açıqlaması dolayısıyla o deməkdir ki, Araz Əlizadə prezident sərəncamına da qarşıdır. Bu isə artıq yuxarıda qeyd etdiyimiz kimi Araz Əlizadənin cəmiyyət üçün ciddi təhlükə mənbəyinə çevrildiyinin göstəricisidir. Nə qədər gec deyil, bu təhlükəni aradan qaldırmalıyıq.
S.İsmayılbəyli