Gündəm

Azad Rəhimov: “AAAF gənc nəslin yetişməsi üçün ciddi işlər görür”

24 May 2017 13:14

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının yekunlarına həsr olunan mətbuat konfransı keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, konfransda Azərbaycan Gənclər və İdman Naziri Azad Rəhimov və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə iştirak ediblər. Nazir “Bakı 2017”nin təşkilatçılığından razılığını dilə gətirib. Komandaların Atletlər Kəndindən razı qaldıqlarını bildirən Rəhimov, bəzi yığmaların oranı mayın 25-də tərk edəcəklərini diqqətə çatdırıb.

Azərbaycan-Şimali Kipr Dostluq Cəmiyyəti Rusiya Federal Məclisinə müraciət edib

24 May 2017 13:15

Azərbaycan-Şimali Kipr Dostluq Cəmiyyəti Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğvi ilə bağlı Rusiya Federal Məclisinə müraciət edib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a daxil olan müraciətdə bildirilir ki, Azərbaycan və Rusiya arasında müxtəlif sahələr üzə uzun tarixə malik yaxın əlaqələr mövcuddur. Bu əlaqələr tək iqtisadi maraqlara deyil, həm də mənəvi və mədəni bağlara əsaslanır. Lakin bu münasibətləri qəbul etməyən qüvvələr - ermənilər daim xalqlarımız arasındakı dostluq əlaqələrinin inkişafına mane olmağa çalışıblar.

Dini radikalizmə qarşı mübarizənin əhəmiyyətindən danışlıb

24 May 2017 13:13

Lerik rayonu Lüləkəran kənd məscidi dini icması tərəfindən həyata keçirilən “İslam həmrəyliyinin dini radikalizmə qarşı mübarizədə əhəmiyyəti” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.

Cəbhədə monitorinq keçiriləcək

24 May 2017 13:11

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, may 25-də Tərtər rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Vaqif Səmədoğlunun Parisdə xatirə gecəsi keçiriləcək

24 May 2017 13:10

Fransanın paytaxtı Paris şəhərində Azərbaycanın xalq şairi Vaqif Səmədoğlunun xatirə gecəsi keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən daxil olub.

Turizm obyektlərinin nümayəndələri üçün seminar keçirilib

24 May 2017 13:09

Dövlət Miqrasiya Xidməti Şəki regional miqrasiya idarəsinin xidməti ərazisində yerləşən turizm obyektlərinin nümayəndələri üçün miqrasiya qanunvericiliyinə dair seminar keçirib. “OLAYLAR”-ın xəbərinə görə, seminarda ölkəmizin sosial-iqtisadi inkişafı, turizm potensialı barədə geniş söhbət açılıb. Bildirilib ki, müasir dünyada turizm hər bir ölkə üçün iqtisadiyyatın ən dinamik inkişaf edən sahələrindən biri sayılır.

Qadınları Türkiyədə satan məhkəmə qarşısında

24 May 2017 13:07

Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda təqsirləndirilən Tovuz rayon sakini, 1978-ci il təvəllüdlü Səkinə Zamanovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

"Trabzonspor" "Qəbələ"yə futbolçu verir - İcarə haqqı almadan

24 May 2017 13:05

Türkiyənin "Trabzonspor" futbol klubu Azərbaycanın "Qəbələ" komandasına icarə haqqı almadan oyunçu verəcək. "Qəbələ"nin "Trabzonspor"un futbolçusu Luis İbanesi transfer etmək istədiyi iddia edilir. 28 yaşlı argentinalı oyunçunun qəbul edəcəyi təqdirdə, Türkiyə klubunun bir illik icarə haqqı almadan L.İbanesi Azərbaycana göndərəcəyi bildirilir.

"Qarabağ"a çatışmayan çempionluq

24 May 2017 13:04

Ardıcıl çempionluq sayında Avropa rekordçularının siyahısı açıqlanıb. Cədvəlin zirvəsində 2 komanda yer alıb. "Europa"nın Cəbəllütariq çempionatında qızıl medal qazanması mütləq rekorda əngəl olub.  Belə ki, 2002/03 mövsümündən sonra hər il çempion olan "Linkoln" 14 qızıl mövsümdən sonra ilk dəfə titulu əldən verib. Bu da onlara Avropanın vahid rekordçusu olmaq imkanı verməyib.

Sabahın hava proqnozu

24 May 2017 13:00

Mayın 25-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Siyasi şərhçi: “Azərbaycan göstərir ki, İslam dünyası bəşəri mədəniyyətin bir parçasıdır”

24 May 2017 12:54

“Dünyanın ayrı-ayrı ölkələrində islamafobiyanın kökləndiyi, İslam dünyasına qarşı hücumların baş veridiyi bir zamanda “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi və müsəlmanların bir araya gətirilməsi böyük cəsarət tələb edir. Azərbaycan bu mötəbər tədbirə yüksək səviyyədə təşkilatçılıq etdi”. Bunu siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

"Növbəti tarixi qələbəmiz"

24 May 2017 12:51

Geridə qoyduğumuz illər ərzində ölkəmiz - Azərbaycan dünya sferasında idman ölkəsi kimi tanınır. Heç təsadüfi deyildir ki, Vətənimiz 2015-ci ildə I Avropa Oyunlarında, 2016-cı ildə paytaxtımızda baş tutan “Formula 1” yarışında, 2017-ci ildə həyata keçirilən “Tour de Azerbaijan 2017” velosiped yarışları zamanında bütün dünya xalqlarının idmançılarını  böyük təmtəraqla qarşıladı və qonaqpərvər şəkildə qəbul etdi. Növbəti dövr ərzində - gələn ay “Formula-1 Azərbaycan Qran-Pri turniri”, sentyabrda qadınlar arasında voleybol üzrə Avropa çempionatı keçiriləcək və 2020-ci ildə futbol üzrə Avropa çempionatının oyunları baş tutacaq.

6 uşaq anası Feysbukda tanış olduğu kişi ilə qaçdı

24 May 2017 12:47

İngiltərədə 6 uşaq anası Feysbukda tanış olduğu kişi ilə intim münasibətdə olmaq üçün ağıllara durğunluq verən yola əl atıb. Qadın ən böyüyü 14, ən kiçiyi 3 yaşındakı uşaqlarını ataraq Avstraliyaya qaçıb.

Ermənistanı qarışdıran Quba alması ilə bağlı YENİ İDDİA: İrəvanın HİYLƏSİ

24 May 2017 12:45

Ermənistana idxal edilən və yarmarkalarda satılan Azərbaycan almaları ilə bağlı mövzu hələ də qapanmayıb. Ermənistan hakimiyyəti Azərbaycan alması ilə bağlı yeni iddia ilə çıxış edib. Dövlət Gəlirləri Komitəsi iddia edib ki, İrəvan yarmarkalarında satılan Azərbaycan almaları əslində Polşa mənşəlidir, sadəcə olaraq, üzərinə Azərbaycan firmasının emblemi vurulub. Ermənistan mediası bunun hakimiyyətin buraxdığı səhvi təmizə çıxarmaq gedişi olduğunu yazıb. “Joxovurd” qəzeti yazır ki, hazırda gömrüklərdə üzərində emblem olmayan almalar Ermənistana buraxılmır: “Bunu etibarlılıq üçün edirlər. Lakin Azərbaycan almaları ilə bağlı yaranmış qalmaqaldan sonra belə gömrükdə qanunsuzluğun, özbaşınalığın qarşısı alınmayıb”.