Vaqif Səmədoğlunun Parisdə xatirə gecəsi keçiriləcək

Fransanın paytaxtı Paris şəhərində Azərbaycanın xalq şairi Vaqif Səmədoğlunun xatirə gecəsi keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən daxil olub.

Fransanın paytaxtı Paris şəhərində Azərbaycanın xalq şairi Vaqif Səmədoğlunun xatirə gecəsi keçiriləcək. Bu barədə məlumat "OLAYLAR"-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, Paris Azərbaycan Evinin və Səməd Vurğun Ev Muzeyinin təşkilatçılığı, Azərbaycanın Fransadakı Səfirliyinin dəstəyi ilə keçirilən xatirə gecəsində xalq şairinin fransız dilində çapdan çıxmış "Bir gün təbəssüm olmuşdum" adlı kitabı da fransız ictimaiyətinə təqdim olunacaq Tədbirin iyunun 6-da, saat 19.00-da Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində keçirilməsi nəzərdə tutulub. Qeyd edək ki, şair, dramaturq, publisist, Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi, Milli Məclisinin deputatı (2000, 2005) Vaqif Səmədoğlu 2015-ci il yanvarın 28-də 76 yaşında dünyasını dəyişib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31