Turizm obyektlərinin nümayəndələri üçün seminar keçirilib
Dövlət Miqrasiya Xidməti Şəki regional miqrasiya idarəsinin xidməti ərazisində yerləşən turizm obyektlərinin nümayəndələri üçün miqrasiya qanunvericiliyinə dair seminar keçirib. “OLAYLAR”-ın xəbərinə görə, seminarda ölkəmizin sosial-iqtisadi inkişafı, turizm potensialı barədə geniş söhbət açılıb. Bildirilib ki, müasir dünyada turizm hər bir ölkə üçün iqtisadiyyatın ən dinamik inkişaf edən sahələrindən biri sayılır.
24 May 2017 13:09 SosialDövlət Miqrasiya Xidməti Şəki regional miqrasiya idarəsinin xidməti ərazisində yerləşən turizm obyektlərinin nümayəndələri üçün miqrasiya qanunvericiliyinə dair seminar keçirib. "OLAYLAR"-ın xəbərinə görə, seminarda ölkəmizin sosial-iqtisadi inkişafı, turizm potensialı barədə geniş söhbət açılıb. Bildirilib ki, müasir dünyada turizm hər bir ölkə üçün iqtisadiyyatın ən dinamik inkişaf edən sahələrindən biri sayılır. Ona görə də Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə turizmin inkişafı ilə əlaqədar aparılan əhəmiyyətli islahatlar, qəbul olunmuş dövlət proqramlarının uğurlu icrası, yaradılan müasir infrastruktur paytaxtla yanaşı, bölgələrdə də turizm sənayesini yeni inkişaf mərhələsinə çıxarıb. İndi respublikamızda sabitlik, təhlükəsizlik yüksək səviyyədə qorunur. Həmçinin dünyanın məşhur otel brendləri Bakıda və regionlarda fəaliyyət göstərir. Bütün bunlar Azərbaycana gələn turistlərin sayının əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Turistlərin rahatlıqlarının və təhlükəsizliklərinin təmin edilməsi Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin prioritetlərindəndir. Bu baxımdan ölkəmizə təşrif buyuran əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin olduqları yer üzrə qeydiyyataları mütləq təmin olunmalıdır.