Gündəm

Züleyxa Nadir yazır... Qalibiyyətimiz mübarək!

24 May 2017 14:18

Hər şey gözəl başladı, gözəl də bitti. IV İslam Həmrəyliyi Oyunlarının  açılış tədbiri ayrı aləm idi, bağlanışı da qürurverici, riqqətli oldu. Kimin nə deməsindən asılı olmayaraq 10 gün Azərbaycan təkcə İslam dünyasını deyil, həm də Avropanı, Qərbi özünə cəlb etdi, varlığını, gücünü, potensialını göstərdi. Çox gözəl, möhtəşəm bir idman bayramı keçirməyi bacardı. Dünyanın inkişaf etmiş ölkələri bu möhtəşəmliyə heyran qaldılar.

İqtisadi vəziyyət sabitdir

24 May 2017 14:16

Artıq cari ilin ilk yarısının başa çatmasına az qalıb. İstər keçən ilin sosial-iqtisadi göstəriciləri, istərsə də bu ilin ilk 3 ayının nəticələri onu deməyə əsas verir ki, ölkədə iqtisadi inkişaf tempi davam etməkdədir. Düzdür, bu inkişaf tempi məlum böhran dövründən əvvəlki illərlə müqayisədə bir qədər qaneedici olmasa da, amma ümumilikdə müsbət dəyərləndirilməlidir.

Həyat mənbəyi insanların həyatı üçün təhlükəyə çevrilib

24 May 2017 14:13

Yay mövsümünün gəlişi ilə əlaqədar suya olan tələbat artıb. Ümumiyyətlə isə su insan orqanizmi üçün ən önəmli mayedir. Yaz-yay mövsümündə daha çox müraciət etdiyimiz bu maye həyat mənbəyi hesab olunsa da, bəzi hallarda həm də insan həyatına təhlükə yaradır. Maraqlıdır, bəs bu təhlükə mənbəyi haradan yaranır və bu təhlükədən yayınmaq mümkündürmü? Əvvala qeyd edək ki, ən çox hallarda satışa çıxarılan sudan istifadə zamanı insan orqanizmi üçün təhlükə yaranma ehtimalı ortaya çıxır. Məlumdur ki, hazırda ölkənin ticarət şəbəkələrində müxtəlif şirkətlərə məxsus qablaşdırılmış sular üstünlük təşkil edir. Adi içməli sulardan tutmuş müxtəlif meyvələrdən, mineral və müalicəvi sulara qədər hazırlanmış məhsullar ən müxtəlif formalarda qablaşdırılır. Üstəlik ölkəyə bir sıra xarici ölkələrdən də şirə və sular idxal edilir.

Fransada fövqəladə vəziyyət rejimi uzadıla bilər

24 May 2017 14:11

Fransada fövqəladə vəziyyət rejimi noyabrın 1-dək uzadıla bilər. Təhlükəsizlik Şurasının iclasının yekunu üzrə Yelisey Sarayının kommünikesində deyilir ki, hökumət yaxın vaxtlarda terror təhdidi ilə əlaqədar təhlükəsizliyin gücləndirilməsi üzrə yeni tədbirlər hazırlamalıdır.

"ABŞ Ermənistana təzyiq göstərməlidir"

24 May 2017 14:09

İŞİD terrorçuluğu Yaxın Şərqi əhatə etdiyi bir vaxtda Ermənistanın ABŞ-ın müttəfiqi Azərbaycana qarşı təcavüzü dünya ictimaiyyəti tərəfindən diqqətə alınmır.  Bu barədə ABŞ-ın "Richmond Times-Dispatch" qəzetində dərc olunan məqalədə bildirilir. Məqalədə mayın 18-i Laçın rayonunun işğal olunmasının 25 ilinin tamam olması vurğulanıb.

Türkiyə təyyarəsində qorxunc hadisə: tualetdən çıxıb sərnişinlərə hücum etdi - VİDEO

24 May 2017 14:07

Ötən gün saat 19:15-də Diyarbəkirdən İstanbula uçan təyyarənin tualetində narkotik istifadə etdiyi deyilən şəxs sərnişinlərə qorxu dolu anlar yaşadıb.  Narkotik istifadə edən şəxs tualetdən çıxdıqdan sonra sərnişinlərə hücum edib.

Yeni müsabiqə elan olundu

24 May 2017 13:51

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkil etdikləri fərdi jurnalist yazıları müsabiqəsinin elanı

Milyarder-videobloqqer müxalifət liderinə qarşı: "Tfu sənə, bir daha..." - VİDEO

24 May 2017 13:46

Rusiya siyasətində maraqlı ənənə yaranmaqdadır. Məşhur bloqqer və Putinə qarşı ən populyar müxalif lider, Korrupsiyaya qarşı Mübarizə Fondunun rəhbəri Aleksey Navalnı ilə özbək əsilli milyarder-oliqarx Əlişir Usmanov arasında qarşıdurma sonuncunun opponentinə qarşı onun öz metodundan istifadəsi ilə davam etməkdədir. 

"Rabitə işi" təxirə salındı

24 May 2017 13:43

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) keçmiş Aparat rəhbəri Vidadi Zeynalov, Aztelekom MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, Birliyin sabiq baş mühasibi Anar Mustafayev, AzİnTelekom MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, Azərpoçt MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, Optik Rabitə, Tikinti və Quraşdırma MMC-nin baş mühasibi Səhrab Hümbətov, Rabitə Mülki Tikinti MMC-nin direktoru Emin Məmmədov, Aztelekom MMC-nin baş mühasibi Oqtay Rüstəmov, Təmir Təchizat Servis MMC-nin direktoru Bayram Vəliyev və Optik Qurğular İdarəsinin sabiq rəisi Namazalı Məmmədovun cinayət işi üzrə keçirilməli olan məhkəmə prosesi təxirə salınıb.

Quran kursları ilə bağlı RƏSMİ XƏBƏRDARLIQ

24 May 2017 13:42

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qanunsuz Quran kursları ilə bağlı xəbərdarlıq edib.

Nazirlik Azərbaycanda tədris ilinin artırılmasını təklif etdi

24 May 2017 13:30

Təhsil Nazirliyi tədris ilinin artırılmasını təklif edib. Bunu nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiriCəsarət Valehov bildirib.  O qeyd edib ki, son günlərdə mediada və sosial şəbəkələrdə aparılan müzakirələrdə Azərbaycanda tədris ilinin 1 sentyabrda başlayıb 25 mayda bitməsi müzakirə olunur. 

Ermənistanın Şəmkirdə doğulan baş naziri - Şok faktlar

24 May 2017 13:27

Ermənistan prezidenti Serj Sarkisyan son illər ölkədə baş verən ciddi narazılıqları və böhranlardan sonra dayaqlarını möhkəmləndirmək üçün çevrəsini gücləndirməyə çalışıb. 2016 -cı ilin sentyabrında tanınmış milyarderin qardaşı Karen Karapetyanın baş nazir postuna gətirilməsi buna nümunədir.

Əli Abbasov yeni vəzifəyə təyin edilib

24 May 2017 13:23

Keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov yeni vəzifəyə təyin edilib. Bu barədə qərar bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında açıqlanıb. AMEA prezidenti Akif Əlizadə Ə. Abbasovun AMEA-da müşavir vəzifəsinə təyin olunduğunu bildirib. Rəyasət Heyəti təklifi dəstəkləyib.

"Concept Central": Azərbaycan parlaq bağlanış mərasimi ilə başa çatmış möhtəşəm İslam Oyunları keçirdi

24 May 2017 13:21

Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarının möhtəşəm bağlanış mərasimini keçirdi. Bu barədə Filippinin “Concept Central” jurnalında dərc olunan məqalədə bildirilir.

Mübariz Qurbanlı: Azərbaycanın tarixən formalaşmış dövlət-din münasibətləri modelini çökdürməyə çalışırlar

24 May 2017 13:19

“Bəzi qüvvələr Azərbaycanın tarixən formalaşmış dövlət-din münasibətləri modelini çökdürməyə çalışır”.  Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qafqaz Müsəlmanları İdarəsində Ramazan ayının başlanması ilə bağlı keçirilən tədbirdə deyib.