Türkiyə təyyarəsində qorxunc hadisə: tualetdən çıxıb sərnişinlərə hücum etdi - VİDEO
Ötən gün saat 19:15-də Diyarbəkirdən İstanbula uçan təyyarənin tualetində narkotik istifadə etdiyi deyilən şəxs sərnişinlərə qorxu dolu anlar yaşadıb. Narkotik istifadə edən şəxs tualetdən çıxdıqdan sonra sərnişinlərə hücum edib.
24 May 2017 14:07 DünyaÖtən gün saat 19:15-də Diyarbəkirdən İstanbula uçan təyyarənin tualetində narkotik istifadə etdiyi deyilən şəxs sərnişinlərə qorxu dolu anlar yaşadıb. Narkotik istifadə edən şəxs tualetdən çıxdıqdan sonra sərnişinlərə hücum edib. Pilot təyyarədə yaşanan çaxnaşma səbəbi ilə Ankaraya təcili eniş etməli olub. Polis tərəfindən nəzarətə alınan və adının F.D. olduğu öyrənilən şəxsin üzərində aparılan axtarış zamanı 200 qram bonzai tapılıb. Həmin şəxs Təhlükəsizlik İdarəsinə aparılıb. Təyyarə isə təxminən 2 saatlıq gecikmədən sonra İstanbula getmək üçün yenidən havaya qalxıb. Milli.az Haberler-ə istinadən xəbər verir.